Əhli-sünnə alimi İbn Hibban yazır:
أخبرنا الفضل بن الحباب، قال: حدثنا إبراهيم بن بشار الرمادي، قال: حدثنا سفيان، قال: حدثنا عبد الملك بن أعين، عن أبي حرب بن أبي الأسود الدؤلي، عن أبيه عن علي بن أبي طالب، قال: قال لي عبد الله بن سلام وقد وضعت رجلي في الغرز وأنا أريد العراق: لا تأتِ أهل العراق، فإنك إن أتيتهم أصابك ذباب السيف بها، قال علي: وأيم الله لقد قالها لي رسول الله. قال أبو الأسود فقلت في نفسي: ما رأيت كاليوم رجلاً محارباًً يحدث الناس بمثل هذا
Bizə Fəzl ibn Hubab xəbər verib dedi: bizə İbrahim ibn Bəşşar ər-Rəmadi xəbər verib dedi: Süfyan bizə Əbdülməlik ibn Ayəndən, o da Əbi Hərb ibn Əbul-Əsvəd əd-Duəlidən, o da atasından, o da Əli ibn Əbu Talibdən nəql edərək demişdir: İraqa yola düşərkən ayağım atın üzəngisində olduğu bir halda Abdullah ibn Səlam mənə dedi: “İraqlıların yanına getmə. Əgər onların yanına getsən, qılınca tuş gələcəksən”. Dedim: “Allaha and olsun ki, Allahın elçisi bunu mənə demişdir”. Əbul-Əsvəd deyir: Öz-özümə dedim: İndiyə kimi hansısa döyüşçünün (döyüşə gedənin) camaatla belə danışdığını eşitməmişdim.
Kitabın mühəqiqi Şueyb əl-Arnaut demişdir:
إسناده حسن
Sənədi həsəndir.
Fotoşəkil: İbn Hibban, Səhih, c.15, s.127, №6733; "Muəssisətur-risalə", Beyrut, 1418/1997; təhqiq: Şüeyb əl-Arnaut.
Nasiruddin əl-Əlbani bu hədisin həsən dərəcəsində olduğunu bildirmişdir.
Fotoşəkil: Nasiruddin əl-Əlbani, Səhihu-mavaridiz-zaman ilə zəvaidu İbn Hibban, c.2, s.354-355; "Darus-sumayi", ər-Riyad, 1422/2002