Əhli-sünnə alimi Əbu Yəla əl-Mosuli yazır:
حدثنا إسحاق، حدثنا سفيان، عن عبد الملك بن أعين، عن أبي حرب بن أبي الأسود الديلي، عن أبيه، عن علي، قال: أتاني عبد الله بن سلام وقد وضعت قدمي في الغرز، فقال لي: لا تقدم العراق؛ فإني أخشى أن يصيبك بها ذباب السيف، قال علي: «وايم الله لقد أخبرني به رسول الله صلى الله عليه وسلم، قال أبو الأسود: فما رأيت كاليوم قط محارباً يخبر بذي عن نفسه.
Bizə İshaq rəvayət etdi: Süfyan bizə Əbdülməlik ibn Ayəndən, o da Əbi Hərb ibn Əbul-Əsvəd əd-Duəlidən, o da atasından, o da Əli ibn Əbu Talibdən belə nəql edir: Ayağım üzəngidə olduğu bir vaxt, Abdullah ibn Səlam mənə yaxınlaşıb dedi: “İraqa getmə. Mən orada sənin qılınc zərbəsinə tuş gələcəyindən qorxuram.” Dedim: “Allaha and olsun ki, Allahın elçisi mənə belə olacağını xəbər vermişdir”. Əbul-Əsvəd deyir: O günə qədər heç bir döyüşçünün (döyüşə gedənin) özü barədə bu cür deməsini görməmişdim.
Kitabıb mühəqqiqi Hüseyn Səlim Əsəd deyir:
إسناده صحيح
Sənədi səhihdir.
Fotoşəkil: Əbu Yəla əl-Mosuli, əl-Müsnəd, c.1, s.381, hədis 491; "Darul-məmun", Dəməşq və "Darur-rüşd", ər-Riyad, 1430/2009; təhqiq: Hüseyn Səlim Əsəd