Allah Rəsulu (s): "Ey Əli, sən Cənnətin Zülqərneynisən." (İbn Hibban)

Əhli-sünnə alimi İbn Hibban yazır:

أخبرنا عبد الله بن أحمد بن موسى بعسكر مكرم عبدان قال : حدثنا هدبة بن خالد قال : حدثنا حماد بن سلمة عن ابن إسحاق عن محمد بن إبراهيم التيمي عن سلمة بن أبي الطفيل عن علي بن أبي طالب أن رسول الله صلى الله عليه و سلم قال له : يا علي إن لك كنزا وإنك ذو قرنيها فلا تتبع النظرة النظرة فإن لك الأولى وليست لك الآخرة


Bizə Abdullah ibn Əhməd ibn Musa nəql edib dedi: bizə Hədbə ibn Xalid nəql edib dedi: bizə Həmmad ibn Sələmə Məhəmməd ibn İshaqdan, o, Məhəmməd ibn İbrahim ət-Teymidən, o, Sələmə ibn Əbut-Tüfeyldən, o da Əlidən nəql edib dedi:

Peyğəmbər mənə belə dedi: "Ey Əli, sənin Cənnətdə bir xəzinən vardır və sən Cənnətin  “Zu-qərneyn”isən. (Naməhrəmə) bir dəfə baxdınsa, ikinci dəfə baxma. Birinci baxış icazəli olsa da, ikincisi belə deyil."

 

Fotoşəkil: İbn Hibban, "əl-İhsan fi təqrib Səhih ibn Hibban", c.12, s.381, №5570; "Müəssisətur-Risalə" - Livan, 1412/1991; təhqiq: Şueyb əl-Ərnaut

 

Fotoşəkil: İbn Hibban, "əl-İhsan fi təqrib Səhih ibn Hibban", s.1493, №5570; "Darul-Mairfə" - Livan, 1425/2004; təhqiq: Xəlil ibn Mamun Şiha

В этом разделе