Allah Rəsulu (s): "Ey Əli, sən Cənnətin Zülqərneynisən." (əl-Əlbani)

Sələfi hədis alimi Nasiruddin əl-Əlbani yazır:

وعن علي بن أبي طالب رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال له يا علي إن لك كنزا في الجنة وإنك ذو قرنيها فلا تتبع النظرة النظرة فإنما لك الأولى وليست لك الآخرة

Əli ibn Əbu Talibdən nəql olunur ki, Peyğəmbər ona belə demişdir: Ey Əli, sənin Cənnətdə bir xəzinən vardır və sən Cənnətin  “Zulqərneyn”isən. (Naməhrəmə) bir dəfə baxdınsa, ikinci dəfə baxma. Birinci baxış icazəli olsa da, ikincisi belə deyil.

Nasiruddin əl-Əlbani bu hədisin sənədinin "həsən li-ğeyrihi" dərəcəsində olduğunu bildirmişdir.

 

Fotoşəkil: Zəkiyuddin əl-Munziri, "Səhih Tərğibut-Tərhib", c.2, s.397, №1902; "Məktəbətul-məarif" - Səudiyyə Ərəbistanı, 1421/2000

В этом разделе