Osman təməttü həccini qadağan edir! (ən-Nisai)

Əhməd ən-Nəsai “Kitab əl-Əğrab” kitabında belə nəql edir:

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ، قَالا: حَدَّثَنَا مُحَمَّدٌ، حَدَّثَنَا شُعْبَةُ، عَنِ الْحَكَمِ، عن علي بن الحسين، عَنْ مَرْوَانَ بْنِ الْحَكَمِ، قَالَ: شَهِدْتُ عُثْمَانَ وَعَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُمَا بَيْنَ مَكَّةَ وَالْمَدِينَةِ، وَعُثْمَانُ يَنْهَى عَنِ الْمُتْعَةَ، فَلَمَّا رَأَى عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ أَهَلَّ بِهِمَا، فَقَالَ عُثْمَانُ رَضِيَ اللَّهُ عَنْهُ: تَرَانِي أَنْهَى النَّاسَ وَأَنْتَ تَفْعَلُ؟ قَالَ: لَمْ أَكُنْ لأَدَعَ سُنَّةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.


Bizə Muhəmməd ibn əl-Musənna və Muhəmməd ibn Bəşar xəbər verib dedilər: bizə Muhəmməd nəql edib dedi: bizə Şubə, Həkəmdən, o Əli ibn Hüseyndən, o Mərvan ibn əl-Həkəmdən nəql edib dedi: "Osman və Əlinin Məkkə və Mədinə arasında gördüm.
Osman mütəni (təməttü həccini) qadağan edirdi. Elə ki, gördü Əli bu ikisini (həcc-təməttünü1 və həcc əl-qiranı2) yerinə yetirir, Osman dedi: "Sən görürsən ki, mən camaatı (bunlardan) çəkindirirəm, sən isə bunları edirsən?" Əli dedi: "Mən Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) sünnəsini tərk edən deyiləm."


1 Təməttü` həcc – Həcc ziyarəti zamanı öncə ümrə ziyarəti üçün ehrama girilib, ümrə ayinləri icra edildikdən sonra geri vətəninə qayıtmadan təkrar ehrama girərək qaydası üzrə edilən fərz həcc Təməttü` həcdir. Başqa ifadə ilə desək ümrrə və həcc üçün ayrı-ayrılıqda ehrama girilərək icra edilən həcc Təməttü` həcdir. (əlavə məlumat üçün tıqla)
2 Qiran həcc – Həcc aylarından əvvəl, yaxud həcc ayı daxilində miqata çatmadan, ya da miqatda ümrə və fərz həcc üçün birlikdə ehrama girib, bu niyyətlə ümrədən sonra qaydası üzrə həcc ayinlərinin icra edildiyi həcc Qiran həcdir. Başqa ifadə ilə desək bir dəfə ehrama girib ümrə və həccin bütün ayinlərini icra etdikdən sonra ehramdan çıxmaq şəklində olan həcc Qiran həcdir. (əlavə məlumat üçün tıqla)

 

Fotoşəkil: Əhməd Şueyb ən-Nisai, Kitab əl-Əğrab, c.4, səh.157, hədis 87. Dar əl-Masir, Mədinə, 1421/2000

Mühəqqiq Əbu Əbdür-Rəhman Muhəmməd əs-Sani ibn Ömər deyir: "Səhih hədisdir."

Deməli, Osman Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) sünnəsini tərk etmiş, üstəlik bununla kifayətlənməyərək camaatı da bu bidətə sövq etmişdir. Lakin, müvəhhidlərin imamı Əmirəl-Möminin Əli (əleyhis-səlam) bu bidətlə razılaşmayaraq, Allah Rəsulunun sünnəsini davam etdirmişdir.

В этом разделе