Peyğəmbərə (s) qızının başına gələcək müsibətlər barədə verilən xəbərlər

Şeyx Cəfər b. Məhəmməd (r.a) yazır:

 


kəmaluz üz1kəmaluz üz2kəmaluz 547 kəmaluz 548

 

حدثني : محمد بن عبد الله بن جعفر الحميري ، عن أبيه ، عن علي بن محمد بن سالم ، عن محمد بن خالد ، عن عبد الله بن حماد البصري ، عن عبد الله بن عبد الرحمان الأصم ، عن حماد بن عثمان ، عن أبي عبد الله (ع) ، قال : لما أسري بالنبي (ص) إلى السماء قيل له : إن الله تبارك وتعالى يختبرك في ثلاث لينظر كيف صبرك ، قال : أسلم لأمرك يا رب ولا قوة لي على الصبر الاّ بك ، فما هن؟ ، قيل له : أولهن الجوع والإثرة على نفسك وعلى أهلك لأهل الحاجة ، قال : قبلت يا رب ورضيت وسلمت ومنك التوفيق والصبر ، وأما الثانية فالتكذيب والخوف الشديد وبذلك مهجتك في محاربة أهل الكفر بمالك ونفسك ، والصبر على ما يصيبك منهم من الأذى ومن أهل النفاق والألم في الحرب والجراح ، قال : قبلت يا رب ورضيت وسلمت ومنك التوفيق والصبر ، وأما الثالثة فما يلقي أهل بيتك من بعدك من القتل ، أما أخوك علي فيلقى من أمتك الشتم والتعنيف والتوبيخ والحرمان والجحد والظلم وآخر ذلك القتل ، فقال : يا رب قبلت ورضيت ومنك التوفيق والصبر ، وأما ابنتك فتظلم وتحرم ويؤخذ حقها غصبا الذي تجعله لها ، وتضرب وهي حامل ، ويدخل عليها وعلى حريمها ومنزلها بغير إذن ، ثم يمسها هوان وذل ثم لا تجد مانعاً ، وتطرح ما في بطنها من الضرب وتموت من ذلك الضرب.
“Mənə Məhəmməd b. Abdullah əl-Himyəri, o atasından, o da Əli b. Məhəmməd b. Salimdən, o da Məhəmməd b. Xaliddən, o da Abdullah b. Həmmad əl-Bəsridən, o da Abdullah b. Əbdür-Rəhman əl-Əsəmdən, o da Həmmad b. Osmandan, o da Əbu Əbdullahdan[1] (ə.s) rəvayət edərək dedi: “O zaman ki, Peyğəmbər (s) səmanı seyr edirdi ona bu cür xitab olundu: “Allah (c.c) səni 3 şeylə imtahan edir ki, sənin səbrini görsün”. Peyğəmbər (s) dedi: “Əmrinə təsliməm ey Rəbbim! Sənə görə səbr etməkdən başqa gücüm yoxdur. Onlar[2] hansılardır?” Deyildi: “Onlardan birincisi aclıq və ehtiyaclı insanlar üçün, canından keçəməyindir”. Peyğəmbər (s) dedi: “Qəbul etdim ey Rəbbim! Əmrinə təsliməm. Müvəffəqiyyətdə səbrdə səndəndir”. Deyildi: “İkincisi isə, sənin barəndə olan yalanlara, qorxulara, çətinliklərə, küfr əhlinə canın və malınla müharibələrdə səbr etməyin və münafiqlərdən sənə gələn müsibətlərə, əziyyətlərə, müharibədə ki, yaralara və dərdlərə səbr etməyindir”. Peyğəmbər (s) dedi: “Qəbul etdim ey Rəbbim! Əmrinə təsliməm. Müvəffəqiyyətdə səbrdə səndəndir”. Deyildi: “Üçüncüsü isə, səndən sonra Əhli-beytinin (ə.s) ölümü, qardaşın Əlinin (ə.s) sənin ümmətindən tənə və töhmət alaraq haqqına girib zülm edilməsi, sonra isə onun öldürülməsi. Peyğəmbər (s) dedi: “Qəbul etdim ey Rəbbim! Əmrinə təsliməm. Müvəffəqiyyətdə səbrdə səndəndir”. Lakin, Qızın Fatiməyə (s.ə) zülm olunacaq, hörməti tapdalanacaq, ona verdiyin haqqı qəsb edəcəklər. Onun mənzilinə iznsiz olaraq daxil olub, onu alçardarlar. Bətnindəki uşağ isə, zərbə nəticəsində siqt[3] olub ölər”.
Əbül-Qasim Cəfər b. Məhəmməd b. Qəvləvi əl-Qummi, “Kamiluz-Ziyarat” kitabı, 1-ci cild, 547,548-ci səhifələr, 840-cı hədis, Təhqiq: “Nəşrul-Fəqahə” (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Hədisin sənədində olan Abdullah b. Əbdür-Rəhman əl-Əsəm adlı ravi zəif və ğuluv[4] edən ravilərdəndir. Buna baxmayaraq, hədisi məqbul hesab etmək olar. Bu səbəblə ki, digər səhih rəvayətlərdə Peyğəmbər (s) özü xanım Fatiməyə (s) zülm olunmasını xəbər vermişdir.
 

__________________________

[1] İmam Sadiq (ə.s)
[2] İmtahanlar
[3] Qadının hamilə olduğu zaman uşağının düşməsi
[4] İfratçı

 

beqiyyetullah.wordpress.com