Alusi, Əbdülbaqi Əfəndinin “Eyniyyə” qəsidəsinə yazdığı “Şərhul-xəridə” adlı kitabında onun bir beytini qeyd edərək belə şərh verir:
أنت العلي الذي فوق العلى رفعا ***** ببطن مكة عند البيت إذ وضعا
وكون الأمير كرم الله وجهه ولد في البيت أمر مشهور في الدنيا وذكر في كتب الفريقين السنة والشيعة... إلى أن قال: ولم يشتهر وضع غيره كرم الله وجهه كما اشتهر وضعه بل لم تتفق الكلمة عليه ، وما أحرى بإمام الأئمة أن يكون وضعه فيما هو قبلة للمؤمنين ؟ وسبحان من يضع الأشياء في مواضعها وهو أحكم الحاكمين .
Sən Məkkə daxilində, Kəbə evi içində
Doğulmaq ilə uca məqamlara çatmısan
Əmirin (Allah üzünü nurlandırsın) Kəbə evində dünyaya gəlməsi bütün dünyada məşhurdur. Bu, hər iki firqənin – sünni və şiələrin kitablarında nəql edilmişdir… Onun Kəbə evində dünyaya gəlməsi qədər başqa heç kəsin orada dünyaya gəlməsi məşhur olmamışdır. Ümumiyyətlə, ondan başqalarının Kəbədə dünyaya gəlməsi faktı(nın həqiqiliyi) barədə yekdil fikir yoxdur. İmamların imamına möminlərin qibləgahı olan bir yerdə dünyaya gəlməkdən daha çox nə yaraşa bilərdi! Hər şeyi öz yerində qərar verən və hökm edənlərin ən biliklisi olan Allah necə də pakdır!
Fotoşəkil: Mahmud əl-Alusi, Şərhul-xəridətil-ğeybiyyə fi qəsidətil-eyniyyə, səh.3 və 15