Əhli-sünnə alimi əl-Hakim ən-Nisaburi Hz.Əlinin Kəbədə doğulması barədə rəvayətlərin inkar olunmaz həddə çox olduğunu aşağıdakı sözlərlə qeyd edir:
فقد تواترت الأخبار أن فاطمة بنت أسد ولدت أمير المؤمنين علي بن أبي طالب كرم الله وجهه في جوف الكعبة.
“Təvatür şəkildə nəql olunub ki, Fatimə binti Əsəd möminlərin əmiri Əli ibn Əbu Talibi Kəbənin içində dünyaya gətirmişdir”.
Fotoşəkil: Əl-Hakim ən-Nisaburi, “Əl-Müstədrək ələs-səhiheyn”, c.6, s.337; Misir: "Darut-tasil", 1435/2014