BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Əbdür-Rəzzaq yazır:
عبد الرزاق ، عن ابن جريج ، وعمرو بن دينار أن حسن بن محمد ، أخبره ، أن فاطمة بنت النبي صلى الله عليه وسلم دفنت بالليل ” قال : فر بها علي من أبي بكر أن يصلي عليها ، كان بينهما شيء
“Əbdür-Rəzzaq dedi: “İbn Cərir və Əmr b. Dinardan, o Həsən b. Məhəmməd xəbər verdi və dedi: “Peyğəmbər (s) qızı Fatimə (s.ə) gecə dəfn olunmuşdu ki, Əbu Bəkr ona namaz qılmasın. Çünki, onların arasında bir şeylər olmuşdu”.
عبد الرزاق ، عن ابن عيينة ، عن عمرو بن دينار ، عن حسن بن محمد مثله ، إلا أنه قال : أوصته بذلك
“Əbdür-Rəzzaq dedi: “İbn Uyeynədən, o Əmr b. Dinardan, o da Həsən b. Məhəməddən belə dediyi rəvayət olunur: “O[10], belə vəsiyyət etmişdir”.
Əbu Bəkr Əbdür-Rəzzaq b. Həmmam b. Nafi əl-Himyəri, ət-Təmimi, “Əl-Musənnəf” kitabı, 3-cü cild, 521-ci səhifə, 6554,6555-ci hədislər, Təhqiq: Həbib ər-Rəhman əl-Əzami, Nəşr: “Məclisul-İlmi”, 1390/1970, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
Birinci rəvayətin sənədində olan bütün ravilər siqadır. Lakin, Əmr b. Dinardan başqa o zəif ravidir. Buna baxmayaraq, rəvayət yenə də səhih dərəcəsindədir. Çünki, Əbdür-Rəzzaq bu hədisi həm İbn Cərirdən həm də Əmr b. Dinardan rəvayət edib. Bununla belə, Əmr b. Dinarın zəif olması heç bir əhəmiyyət daşımır. İkinci rəvayət isə, zəifdir. Bu rəvayət də Əmr b. Dinardan nəql olunub və İbn Uyeynə Əmr b. Dinardan başqa bir ravi vasitəsi ilə, bu hədisi nəql etməmişdir. Bu səbəblə də, biz yalnız birinci hədisin sənədinin araşdırmasını təqdim edirik:
1.İbn Cərir
Əli b. Həcər əl-Əsqalani yazır:
عبد الملك ابن عبد العزيز ابن جريج الأموي مولاهم المكي ثقة فقيه فاضل
“Əbdül-Məlik b. Əbdül-Əziz b. Cərir əl-Əməvi, Məkkəlilərin mövlasıdır. Siqadır, fəqihdir, fəzilət sahibidir”.
Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 624-cü səhifə, 4221-ci ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə”, hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
2.Həsən b. Məhəmməd
Əli b. Həcər əl-Əsqalani yazır:
الحسن ابن محمد ابن علي ابن أبي طالب الهاشمي أبو محمد المدني وأبوه ابن الحنفية (6197) ثقة فقيه
“Həsən b. Məhəmməd b. Əli b. Əbi Talib əl-Haşimi, Əbu Məhəmməd əl-Mədəni, atası İbn Hənəfidir[11] (6197). Siqadır, fəqihdir”.
Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Təqribut-Təhzib” kitabı, 1-ci cild, 243-cü səhifə, 1294-cü ravi, Təhqiq: Əbül-Əşbal sağir Əhməd Şağif əl-Pakistani, Nəşr: “Darul-Asimə” , hicri 1421-ci il (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
Müslim b. Quteybə yazır:
قالوا : وقد طالبت فاطمة رضي الله عنها – أبا بكر رضي الله عنه بميراث أبيها رسول الله صلى الله عليه وسلم فلما لم يعطها إياه ، حلفت لا تكلمه أبدا ، وأوصت أن تدفن ليلا لئلا يحضرها ، فدفنت ليلا
“Deyirlər: “Fatimə (s.ə) Əbubəkrdən atası Peyğəmbərin (s) mirasını tələb etdi. Əbubəkr mirasını geri vermədikdə xanım Fatimə (s.ə) Əbu Bəkrlə vəfat edənə qədər danışmayacağına and içdi və Əbubəkrin onun dəfnində iştirak etməsin deyə, gecə dəfn olmasına vəsiyyət etdi. Bu səbəblə də, Xanım (s.ə) gecə dəfn oldu”.
BuradaMüslim b. Quteybə “deyirlər” ifadəsini işlətmişdir və kitabın təhqiqatçısı Məhəmməd Muhid-Din 4-cü haşiyədə rəvayəti təsdiq edən mənbələri qeyd etmişdir.
Əbu Məhəmməd Abdullah b. Müslim b. Quteybə əd-Deynəvəri, “Təvil muxtələfil-Hədis” kitabı, 1-ci cild, 427-ci səhifə, 50-ci bab, Təhqiq: Məhəmməd Muhid-Din əl-Əsfar, Nəşr: “Əl-Məktəbul-İslami”, Beyrut, Lübnan, 1419/1999, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
Əbül-Qasim b. Bəttal yazır:
ودفن علىُّ بن أبى طالب زوجته فاطمة ليلاً، فَرَّ بِهَا من أبى بكر أن يصلى عليها، كان بينهما شىء
”Əli b. Əbutalib (ə.s) öz zövcəsi Fatiməni (s.ə) gecə dəfn etdi ki, Əbubəkr ona namaz qılmasın. Çünki, Əbubəkrlə xanım Fatimə (s) arasında bir şeylər olmuşdu”.
Əbül-Həsən Əli b. Xələf b. Əbdül-Məlik b. Bəttal əl-Qurtubi, “Şərhi Səhihul-Buxari” kitabı, 3-cü cild, 325-ci səhifə, Təhqiq: Əbu Təmim Yasir b. İbrahim, Nəşr: “Məktəbətur-Ruşd”, Riyad, Səudiyyə Ərəbistanı, 1423/2003, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
__________________
[10] Xanım Fatimə (s.ə)
[11] Yəni, atasının adı Məhəmməd b. Əlidir. Künyəsi isə, Əbül-Qasim b. Hənəfidir və 6197-ci nömrədə tərcümeyi halı qeyd edilmişdir
(c) beqiyyetullah.wordpress.com