Əbu Bəkrlə Ömərin xanım Fatimədən (s.ə) üzr istəməsi

Müslim b. Quteybə yazır:

 

 quteybə c1 üz1quteybə c1 üz2quteybə c1 üz3imamə 31

 

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

فقال عمر لأبي بكر، رضي الله عنهما، انطلق بنا إلى فاطمة، فإنا قد أغضبناها، فانطلقا جميعا، فاستأذنا على فاطمة، فلم تأذن لهما، فأتيا عليا فكلماه، فأدخلهما عليها، فلما قعدا عندها، حولت وجهها إلى الحائط، فسلما عليها، فلم ترد عليهما السلام، فتكلم أبو بكر فقال: يا حبيبة رسول الله والله إن قرابة رسول الله أحب إلى من قرابتي، وإنك لأحب إلي من عائشة ابنتي، ولوددت يوم مات أبوك أني مت، ولا أبقى بعده، أفتراني أعرفك وأعرف فضلك وشرفك وأمنعك حقك وميراثك من رسول الله إلا أني سمعت أباك رسول الله صلى الله عليه وسلم يقول: لا نورث، ما تركنا فهو صدقة، فقالت: أرأيتكما إن حدثتكما حديثا عن رسول الله صلى الله عليه وسلم تعرفانه وتفعلان به؟ قالا: نعم. فقالت: نشدتكما الله ألم تسمعا رسول الله يقول: رضا فاطمة من رضاي، وسخط فاطمة من سخطي، فمن أحب فاطمة ابنتي فقد أحبني، ومن أرضى فاطمة فقد أرضاني، ومن أسخط فاطمة فقد أسخطني؟ قالا نعم سمعناه من رسول الله صلى الله عليه وسلم، قالت: فإني أشهد الله وملائكته أنكما أسخطتماني وما أرضيتماني، ولئن لقيت النبي لأشكونكما إليه، فقال أبو بكر أنا عائذ بالله تعالى مني سخطه وسخطك يا فاطمة، ثم انتحب أبو بكر يبكي، حتى كادت نفسه أن تزهق، وهي تقول: والله لأدعون الله عليك في كل صلاة أصليها، ثم خرج باكيا فاجتمع إليه الناس، فقال لهم: يبيت كل رجل منكم معانقا حليلته، مسرورا بأهله، وتركتموني وما أنا فيه، لا حاجة لي في بيعتكم

“Ömər, Əbu Bəkrə dedi:  “Tez ol, gəl birlikdə Fatimənin (s.ə) yanına gedək. Çünki, Onu qəzəbləndirdik”. Onlar birlikdə xanım Fatimənin (s.ə) evinə getdilər. İçəri keçmək üçün, icazə istədilər. Lakin, xanım Fatimə (s.ə) onlara icazə vermədi. Bu zaman, onlar imam Əlinin (ə.s) yanına gedərək, onunla danışdılar. Əli (ə.s) onları Fatimənin (s.ə) yanına apardı. Fatimənin (s.ə) hüzurunda oturduqları zaman, xanım Fatimə (s.ə) üzünü divara tərəf çevirdi. Xanıma (s.ə) salam verdilər. Lakin, onların salamını almadı. Əbu Bəkr dedi: “Ey Rəsulullahın (s) sevimli qızı, Allaha (c.c) and içirəm ki, Peyğəmbərin (s) qohumlarını öz qohumlarımdan daha çox sevirəm. Səni də Aişədən daha çox sevirəm. Sənin atan öldüyü gün ölməyi və ondan sonra həyatda qalmamağı çox istərdim. Səncə mən sənin fəzilət və şərəfini bildiyim halda, sənə aid olan bir haqqı və Peyğəmbərdən (s) sənə qalan mirası sənə verməyəcək biriyəmmi? Bu səbəblə ki, mən Rəsulullahdan (s) belə dediyini eşitmişəm: “Biz peyğəmbərlər (ə.s) miras qoymarıq. Bizdən qalan mülk sədəqə olaraq paylanılar”. Xanım Fatimə (s.ə) buyurdu: “İndi mən sizə Peyğəmbərin (s) bir hədisini zikr etsəm və siz də bu hədisi eşitmisinizsə, lazım olanı edəcəksinizmi?” Onlar dedilər:“Bəli”. Xanım (s.ə) buyurdu: “Sizi and verirəm Allahın (c.c) adına, Peyğəmbərin (s) “Fatimənin (ə.s) razılığı mənim razılığımdır, Fatimənin (s.ə) qəzəbi mənim qəzəbimdir. Kim Fatiməni (s.ə) qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar” hədisini eşitmisinizmi?” Onlar dedilər: “Bəli, bunu Peyğəmbərdən (s) eşitmişik”. Sonra Xanım (s.ə) buyurdu: “İndi mən, Allahı (c.c) və mələkləri şahid tuturam ki, siz ikiniz məni qəzəbləndirdiniz, mən sizlərdən narazıyam. Əgər Peyğəmbərlə (s) qarşılaşsam mütləq sizi ona şikayət edəcəm”. Əbu Bəkr dedi: “Mən Peyğmbərin (s) və sənin qəzəbindən Allaha (c.c) sığınıram, ey Fatimə!” Sonra, Əbu Bəkr ağlamağa başladı. Xanım (s.ə) buyurdu: “Allaha and olsun ki, qıldığım hər namazda sizlərə bəd dua edəcəyəm”. Sonra, Əbu Bəkr ağlayaraq evdən çıxdı. İnsanlar Əbu Bəkrin başına toplandılar. Əbu Bəkr onlara dedi: “Hər kəs ailəsinə sarılıb, onların yanında sevincli bir şəkildə gecələyərkən, məni düşdüyüm bu hal ilə baş-başa qoydunuz. Allaha (c.c) and içirəm ki, mənim sizin bey’ətinizə ehtiyacım yoxdur. Beyətinizi məndən geri götürün”.
 
Əbu Məhəmməd Abdullah b. Müslim b. Quteybə əd-Deynəvəri, “Əl-İmamə vəs-Siyasə” kitabı, 1-ci cild, 31-ci səhifə, Təhqiq: Ustəz Əli Şeyri, Nəşr: “Darul-Ədva”, Beyrut, Lübnan, 1410/1990, 1-ci çap (kitabı yükləmək üçün ünvan)
Online mənbə

 

(c) beqiyyetullah.wordpress.com

 

В этом разделе