Əhməd b. Hənbəl "Fəzailus-səhabə" kitabında nəql edir:
حدثنا عبد الله قال حدثني أبي قثنا يحيى بن حماد قثنا أبو عوانة قثنا أبو بلج قثا عمرو بن ميمون : قال اني لجالس الى بن عباس إذ أتاه تسعة رهط قالوا يا أبا عباس اما ان تقوم معنا واما ان تخلو بنا عن هؤلاء قال فقال بن عباس بل انا اقوم معكم قال وهو يومئذ صحيح قبل ان يعمى قال فابتدأوا فتحدثوا فلا ندري ما قالوا قال فجاء ينفض ثوبه ويقول اف وتف وقعوا في رجل له عشر وقعوا في رجل قال له النبي صلى الله عليه و سلم لابعثن رجلا لا يخزيه الله ابدا يحب الله ورسوله قال فاستشرف لها من استشرف قال أين علي قالوا هو في الرحى يطحن قال وما كان أحدكم يطحن قال فجاء وهو أرمد لا يكاد أن يبصر قال فنفث في عينه ثم هز الراية ثلاثا فأعطاها إياه فجاء بصفية بنت حيي قال ثم بعث فلانا بسورة التوبة فبعث عليا خلفه فاخذها منه وقال لا يذهب بها الا رجل مني وانا منه قال وقال لبني عمه أيكم يواليني في الدنيا والآخرة قال وعلي جالس معهم فقال علي انا اواليك في الدنيا والآخرة قال فبركه ثم اقبل على رجل رجل منهم فقال أيكم يواليني في الدنيا والآخرة فأبوا قال فقال أنت وليي في الدنيا والآخرة قال وكان أول من آمن من الناس بعد خديجة وأخذ رسول الله صلى الله عليه و سلم ثوبه فوضعه على علي وفاطمة وحسن وحسين فقال إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قال وشرى علي بنفسه لبس ثوب النبي صلى الله عليه و سلم ثم نام مكانه قال وكان المشركون يرمون رسول الله صلى الله عليه و سلم فجاء أبو بكر وعلي نائم قال وأبو بكر يحسب انه نبي الله قال فقال يا نبي الله قال فقال علي ان نبي الله قد انطلق نحو بئر ميمون فأدركه قال فانطلق أبو بكر فدخل معه الغار قال وجعل علي يرمي بالحجارة كما كان يرمي نبي الله وهو يتضور قد لف رأسه في الثوب لا يخرجه حتى أصبح ثم كشف عن رأسه فقالوا انك للئيم كان صاحبك نرميه فلا يتضور وأنت تضور وقد استنكرنا ذلك قال وخرج بالناس في غزوة تبوك قال فقال له علي اخرج معك قال له نبي الله صلى الله عليه و سلم لا فبكى علي فقال له اما ترضى ان تكون مني بمنزلة هارون من موسى الا انك ليس نبي انه لا ينبغي ان اذهب الا وأنت خليفتي قال وقال له رسول الله صلى الله عليه و سلم أنت ولي كل مؤمن بعدي ومؤمنة قال وسد أبواب المسجد غير باب علي قال فيدخل المسجد جنبا وهو طريقه ليس له طريق غيره قال وقال من كنت مولاه فان مولاه علي قال وأخبرنا الله في القرآن انه قد رضي عنهم عن أصحاب الشجرة فعلم ما في قلوبهم هل حدثنا انه سخط عليهم بعد قال وقال نبي الله صلى الله عليه و سلم لعمر حين قال ائذن لي فاضرب عنقه قال وكنت فاعلا وما يدريك لعل الله عز و جل قد اطلع على أهل بدر فقال اعملوا ما شئتم
Abdullah dedi: mənə atam rəvayət etdi: bizə Yəhya b. Həmmad rəvayət etdi: bizə Əbu Avanə rəvayət etdi, bizə Əbu Bəlc rəvayət etdi: bizə Əmr b. Məymunə rəvayət etdi və dedi: Bir dəfə İbn Abbasın yanında oturmuşdum, gördüm doqquz nəfər onun yanına gəlib dedilər: “Ey İbn Abbas, ya bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır.” İbn Abbas dedi: “Sizinlə gəlirəm.” İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər və söhbətə başladılar. Ancaq nə barədə danışdıqlarını bilmədik. Nəhayət, İbn Abbas paltarını çırpa-çırpa gəlib dedi: Tuf (ar olsun), elə adamın dalınca pis danışırlar ki, başqalarında olmayan on fəzilətə malikdir, elə adamın dalınca pis danışırlar ki, Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Mən (Xeybəri fəth etmək üçün) elə bir kəsi göndərəcəyəm ki, Allah onu heç vaxt aciz etməmişdir və o, Allahı və onun Rəsulunu sevir.” Bu zaman hamı (bayrağın ona verilməsi təmənnası ilə) ona tərəf boylandı. (Rəsulullah) buyurdu: “Əli haradadır?” Dedilər: “Dəyirmanda un üyüdür.” (Rəsulullah) dedi: “Məgər sizlərdən biri un üyüdə bilməzdi?” (Ravi) dedi: “Əli gəldi, onun gözləri ağrıyırdı və çətinliklə görürdü. Rəsulullah ağız suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı üç dəfə yellətdi və ona həvalə etdi. Əli (düşmən üzərində qələbə çaldı və) Səfiyyə binti Huyeyi əsir alaraq qayıtdı.
(İbn Abbas) dedi: Peyğəmbər bir nəfəri “Tövbə” surəsini (məkkəli müşriklərə çatdırmaq üçün) göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı və dedi: Bu surəni elə şəxs aparmalıdır ki, o məndəndir və mən ondanam.
(İbn Abbas) dedi: Peyğəmbər əmisi uşaqlarına dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar qəbul etmədilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.” Sonra yenə üzünü onlara tutub dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar yenə imtina etdilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.”
(İbn Abbas) dedi: “O, insanlar içərisində Xədicədən sonra İslamı qəbul edən ilk şəxsdir.”
(İbn Abbas) dedi: “Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah sizdən çirkinliyi yox etmək və sizi pak-pakizə etməyi iradə etmişdir.”
(İbn Abbas) dedi: “Əli öz canından keçərək Peyğəmbərin (s) libasını geyinib onun yatağına uzandı. Müşriklər Rəsulullahı (s) daşlayırdılar. Bu zaman Əbu Bəkr gəldi. Əli (sanki) yatmış idi. Əbu Bəkr onun Rəsulullah (s) olduğunu güman edib onun səslədi. Əli dedi: “Rəsulullah Məymunə quyusuna tərəf yola düşdü. Özünü ona çatdır.” Əbu Bəkr bunu eşidən kimi yola düşdü və (Peyğəmbərə çatıb) onunla birlikdə mağaraya girdi.” (İbn Abbas ardınca) dedi: “Əli Allahın Peyğəmbəri kimi daşqalağa məruz qalır və ağrıdan qıvrılırdı. O, başını libasının altında salıb sübhə qədər üstünü açmadı. Sonra (sübh açıldıqda) libası üstündən götürdü. (Müşriklər onu görüb): “Həqiqətən sən pis adamsan. Dostunu daşa basırdıq, o heç qıvrılmırdı, ancaq sən qıvrılırdın. Bu bizim xoşumuza gəlmədi.” – dedilər.”
(İbn Abbas) dedi: Peyğəmbər (s) camaatla “Təbuk” döyüşünə gedərkən Əli ona dedi: “Mən də səninlə gəlim?” (Rəsulullah) ona: “Xeyr”, - deyə cavab verdi. Əli (kədərlənərək) ağladı. (Peyğəmbər) buyurdu: “Məgər sən mənə olan nisbətinin Harunun Musaya olan nisbəti kimi olmasına razı deyilsən? Lakin, bir fərqlə ki, sən peyğəmbər deyilsən. Mənə rəva deyil ki, səni özümə xəlifə elan etmədən gedim. ”
(İbn Abbas) dedi: (Peyğəmbər) buyurdu: “Sən məndən sonra bütün möminlərin vəlisisən.”
(İbn Abbas) dedi: (Peyğəmbər) Əlinin evinin qapısından başqa məscidin (içinə açılan) bütün qapıları bağlatdırdı. (Əli) məscidə cünub halda daxil olurdu. Onun (öz evinə girib-çıxması üçün) başqa yolu yox idi.”
(İbn Abbas) dedi: “(Peyğəmbər) buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
(Peyğəmbər) buyurdu: “Böyük və qüdrətli Allah bizə Quranda xəbər vermişdir ki, O, ağac altında beyət edənlərdən razı oldu. (Allah) onun ürəklərində olanı bildi. Bundan sonra onlara qəzəbləndiyini söyləmişdir?”
“Ömər: “Mənə izn ver onun (Bədr döyüşündə iştirak edən Hatib adlı şəxsin) boynunu vurum”, dedikdə Rəsulullah s) dedi: “Tutaq ki, sən bunu etdin, nə bilirsən, bəlkə Allah Bədr camaatına nəzər yetirmiş (və onlara): “Nə istəyirsiniz edin” – buyurmuşdur?
Əhməd b. Hənbəl, Fəzailus-səhabə, c.2, s.682, №1168; Muəssisətur-Risalə, Beyrut, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas
Onlayn mənbə 1: islamport, 2/682
Onlayn mənbə 2: rewayat, 2/682
Onlayn mənbə 3: kl28.com
Onlayn mənbə 4: nourschool.com
Şeyx Vəsiyullah b. Muhəmməd Abbas hədisin sənədinin "həsən" olduğunu qeyd etmişdir.
Fotoşəkil: Əhməd b. Hənbəl, Fəzailus-səhabə, c.2, s.682-685, №1168; Ummul-Qura Universiteti, Məkkə, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas
Kitabı yükləmək üçün: ÜNVAN
Fotoşəkil: Əhməd b. Hənbəl, Fəzailus-səhabə, c.2, s.849-852, №1168; Dar İbn əl-Cəuzi, Dəmmam, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas
Kitabı yükləmək üçün: ÜNVAN