Əli (ə.s) haqqında 10 fəzilət hədisi (əl-Huveyni)

Əbu İshaq əl-Huveyni "Təhzib Xəsais İmam Əli" kitabında nəql edir:

قول النبي صلى الله عليه وسلم في علي : ان الله جل ثناؤه لا يخزيه أبدا
أخبرنا ميمون بن المثنى ، قال : حدثنا الوضاح وهو أبو عوانة قال : حدثنا ابو بلج بن ابي سليم ، قال : حدثنا عمرو بن ميمونة قال : انى لجالس إلى ابن عباس إذ أتاه تسعة رهط فقالوا : يا ابن عباس اما ان تقوم معنا ، واما ان تخلو بنا بين هؤلاء. فقال ابن عباس : بل أنا أقوم معكم
قال : وهو يومئذ صحيح قبل أن يعمى ، قال : فانتدؤا فتحدثوا فلا ندري ما قالوا ، قال : فجاء وهو ينفض ثوبه وهو يقول : أف وتف وقعوا في رجل له بضع عشر وقعوا في رجل قال له رسول الله صلى الله عليه وسلم : لابعثن رجلا يحب الله ورسوله لا يخزيه الله أبدا ، قال : فاستشرف لها من استشرف فقال : أين ابن أبي طالب ؟ قيل : هو في الرحى يطحن ، قال : وما كان احدكم ليطحن ، قال : فجاء وهو أرمد لا يكاد يبصر ، فتفل في عينيه ثم هز الراية ثلاثا فدفعها إليه ، وجاء علي بصفية بنت حي ، وبعث ابا بكر بسورة التوبة ، وبعث عليا خلفه فأخذها منه ، فقال : لا يذهب بها إلا رجل مني وأنا منه
قال : وقال لبني عمه : ايكم يواليني في الدنيا والآخرة ، فأبوا
قال : وعلي معهم جالس فقال علي : أنا أواليك في الدنيا والآخرة
قال : وكان أول من اسلم من الناس بعد خديجة.
قال : واخذ رسول الله صلى الله عليه وسلم ثوبه فوضعه على علي وفاطمة وحسن وحسين فقال : (إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا)
قال : وشرى علي نفسه فلبس ثوب النبي صلى الله عليه وسلم ثم نام مكانه ، قال : وكان المشركون يرمون رسول الله صلى الله عليه وسلم ، فجاء أبو بكر وعلي نائم ، قال : وابو بكر يحسبه انه نبي الله ، قال : فقال له علي : ان نبي الله صلى الله عليه وسلم قد انطلق نحو بئر ميمونة فادركه ، قال : فانطلق أبو بكر فدخل معه الغار.
قال : وجعل علي يرمى بالحجارة كما كان يرمى نبي الله وهو يتضور وقد لف رأسه في الثوب لا يخرجه حتى أصبح ، ثم كشف عن رأسه فقالوا : انك للئيم كان صاحبك نرميه فلا يتضور وأنت تتضور وقد استنكرنا ذلك.
قال : وخرج بالناس في غزوة تبوك ، قال : فقال له علي : أخرج معك ؟ فقال له نبي الله : لا ، فبكى علي ، فقال له : أما ترضى ان تكون مني بمنزلة هارون من موسى إلا انك لست بنبي ، انه لا ينبغي ان اذهب إلا وانت خليفتي.
وقال له رسول الله صلى الله عليه وسلم : انت ولي كل مؤمن بعدي
قال : وسد ابواب المسجد غير باب علي ، قال : فقال : فيدخل المسجد جنبا وهو طريقه ليس له طريق غيره
قال : وقال : من كنت مولاه فان مولاه علي.
قال : وأخبرنا الله عزوجل في القرآن انه قد رضى عن اصحاب الشجرة فعلم ما في قلوبهم (2) فهل حدثنا انه سخط عليهم بعده
قال : وقال نبي الله صلى الله عليه وسلم لعمر حين قال : ايذن لي فأضرب عنقه ، قال : أو كنت فاعلا وما يدريك لعل الله قد اطلع على اهل بدر ، فقال : اعملوا ما شئتم

Peyğəmbərin (s) Əli haqqında: "Şəni uca olan Allah onu heç vaxt rüsvay etməz" - söyləməsi

Bizə Məymun b. əl-Musənna rəvayət etdi və dedi: bizə əl-Vədda (o, Əbu Avanədir) rəvayət etdi və dedi: bizə Əbu Bəlc b. Əbi Suleyman rəvayət etdi və dedi: bizə Əmr b. Məymunə rəvayət etdi və dedi: Bir dəfə İbn Abbasın yanında oturmuşdum, gördüm doqquz nəfər onun yanına gəlib dedilər: “Ey İbn Abbas, ya bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır.” İbn Abbas dedi: “Sizinlə gəlirəm.” İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər və söhbətə başladılar. Ancaq nə barədə danışdıqlarını bilmədik. Nəhayət, İbn Abbas paltarını çırpa-çırpa gəlib dedi: Tuf (ar olsun), elə adamın dalınca pis danışırlar ki, başqalarında olmayan on fəzilətə malikdir, elə adamın dalınca pis danışırlar ki, Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Mən (Xeybəri fəth etmək üçün) elə bir kəsi göndərəcəyəm ki, Allah onu heç vaxt aciz etməmişdir və o, Allahı və onun Rəsulunu sevir.” Bu zaman hamı (bayrağın ona verilməsi təmənnası ilə) ona tərəf boylandı. (Rəsulullah) buyurdu: “Əli haradadır?” Dedilər: “Dəyirmanda un üyüdür.” (Rəsulullah) dedi: “Məgər sizlərdən biri un üyüdə bilməzdi?” (Ravi) dedi: “Əli gəldi, onun gözləri ağrıyırdı və çətinliklə görürdü. Rəsulullah ağız suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı üç dəfə yellətdi və ona həvalə etdi. Əli (düşmən üzərində qələbə çaldı və) Səfiyyə binti Huyeyi əsir alaraq qayıtdı.

(İbn Abbas) dedi: Peyğəmbər bir nəfəri “Tövbə” surəsini (məkkəli müşriklərə çatdırmaq üçün) göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı və dedi: Bu surəni elə şəxs aparmalıdır ki, o məndəndir və mən ondanam.

(İbn Abbas) dedi: Peyğəmbər əmisi uşaqlarına dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar qəbul etmədilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.” Sonra yenə üzünü onlara tutub dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar yenə imtina etdilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.”

(İbn Abbas) dedi: “O, insanlar içərisində Xədicədən sonra İslamı qəbul edən ilk şəxsdir.”

(İbn Abbas) dedi: “Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah sizdən çirkinliyi yox etmək və sizi pak-pakizə etməyi iradə etmişdir.”

(İbn Abbas) dedi: “Əli öz canından keçərək Peyğəmbərin (s) libasını geyinib onun yatağına uzandı. Müşriklər Rəsulullahı (s) daşlayırdılar. Bu zaman Əbu Bəkr gəldi. Əli (sanki) yatmış idi. Əbu Bəkr onun Rəsulullah (s) olduğunu güman edib onun səslədi. Əli dedi: “Rəsulullah Məymunə quyusuna tərəf yola düşdü. Özünü ona çatdır.” Əbu Bəkr bunu eşidən kimi yola düşdü və (Peyğəmbərə çatıb) onunla birlikdə mağaraya girdi.” (İbn Abbas ardınca) dedi: “Əli Allahın Peyğəmbəri kimi daşqalağa məruz qalır və ağrıdan qıvrılırdı. O, başını libasının altında salıb sübhə qədər üstünü açmadı. Sonra (sübh açıldıqda) libası üstündən götürdü. (Müşriklər onu görüb): “Həqiqətən sən pis adamsan. Dostunu daşa basırdıq, o heç qıvrılmırdı, ancaq sən qıvrılırdın. Bu bizim xoşumuza gəlmədi.” – dedilər.”

(İbn Abbas) dedi: Peyğəmbər (s) camaatla “Təbuk” döyüşünə gedərkən Əli ona dedi: “Mən də səninlə gəlim?” (Rəsulullah) ona: “Xeyr”, - deyə cavab verdi. Əli (kədərlənərək) ağladı. (Peyğəmbər) buyurdu: “Məgər sən mənə olan nisbətinin Harunun Musaya olan nisbəti kimi olmasına razı deyilsən? Lakin, bir fərqlə ki, sən peyğəmbər deyilsən. Mənə rəva deyil ki, səni özümə xəlifə elan etmədən gedim. ”

(İbn Abbas) dedi: (Peyğəmbər) buyurdu: “Sən məndən sonra bütün möminlərin vəlisisən.”

(İbn Abbas) dedi: (Peyğəmbər) Əlinin evinin qapısından başqa məscidin (içinə açılan) bütün qapıları bağlatdırdı. (Əli) məscidə cünub halda daxil olurdu. Onun (öz evinə girib-çıxması üçün) başqa yolu yox idi.”

(İbn Abbas) dedi: “(Peyğəmbər) buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

(Peyğəmbər) buyurdu: “Böyük və qüdrətli Allah bizə Quranda xəbər vermişdir ki, O, ağac altında beyət edənlərdən razı oldu. (Allah) onun ürəklərində olanı bildi. Bundan sonra onlara qəzəbləndiyini söyləmişdir?”

“Ömər: “Mənə izn ver onun (Bədr döyüşündə iştirak edən Hatib adlı şəxsin) boynunu vurum”, dedikdə Rəsulullah s) dedi: “Tutaq ki, sən bunu etdin, nə bilirsən, bəlkə Allah Bədr camaatına nəzər yetirmiş (və onlara): “Nə istəyirsiniz edin” – buyurmuşdur?

Əhməd b. Şueyb ən-Nəsai, Xəsais Əmiril-muminin Əli b. Əbu Talib, s.34-36, h.23

Onlayn mənbə 1: islamport, 1/62-64

Onlayn mənbə 2: shamela, 1/47-50, №24 (təhqiq: Əhməd əl-Baluşi)

Onlayn mənbə 3: alhawzaonline.com

Sələfi hədisşünas Əbu İshaq əl-Huveyni rəvayətin sənədinin "həsən" olduğunu qeyd etmişdir.

 

Fotoşəkil: Əbu İshaq əl-Huveyni, Təhzib Xəsais İmam Əli, s.34-36, №23, Darul-Kutubil-İlmiyyə, Beyrut, 1405/1984

Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2

В этом разделе