Əli (ə.s) haqqında 10 fəzilət hədisi (əl-Hakim və əz-Zəhəbi)

Hakim ən-Nisaburi "Müstədrək əla əs-səhiheyn" kitabında yazır:

أخبرنا أبو بكر أحمد بن جعفر بن حمدان القطيعي ببغداد من أصل كتابه ثنا عبد الله بن أحمد بن حنبل حدثني أبي ثنا يحيى بن حماد ثنا أبو عوانة ثنا أبو بلج ثنا عمرو بن ميمون قال : إني لجالس عند ابن عباس إذ أتاه تسعة رهط فقالوا : يا ابن عباس : إما أن تقوم معنا و إما أن تخلو بنا من بين هؤلاء قال : فقال ابن عباس بل أنا أقوم معكم قال و هو يومئذ صحيح قبل أن يعمى قال : فابتدؤوا فتحدثوا فلا ندري ما قالوا قال فجاء ينفض ثوبه و يقول أف و تف وقعوا في رجل له بضع عشرة فضائل ليست لأحد غيره وقعوا في رجل قال له النبي صلى الله عليه و سلم : لأبعثن رجلا لا يجزيه الله أبدا يحب الله و رسوله و يحبه الله و رسوله فاستشرف لها مستشرف فقال : أين علي فقالوا : إنه في الرحى يطحن قال و ما كان أحدهم ليطحن قال فجاء و هو أرمد لا يكاد أن يبصر قال فنفث في عينيه ثم هز الراية ثلاثا فأعطاها إياه فجاء علي بصفية بنت حيي قال ابن عباس ثم بعث رسول الله صلى الله عليه و سلم فلانا بسورة التوبة فبعث عليا خلفه فأخذها منه و قال لا يذهب بها إلا رجل هو مني و أنا منه فقال ابن عباس و قال النبي صلى الله عليه و سلم لبني عمه : أيكم يواليني في الدنيا و الآخرة قال و علي جالس معهم فقال رسول الله صلى الله عليه و سلم و أقبل على رجل منهم فقال : أيكم يواليني في الدنيا و الآخرة فأبوا فقال لعلي أنت وليي في الدنيا و الآخرة قال ابن عباس : و كان علي أول من آمن من الناس بعد خديجة رضي الله عنها قال و أخذ رسول الله صلى الله عليه و سلم ثوبه فوضعه على علي و فاطمة و حسن و حسين و قال : إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت و يطهركم تطهيرا قال ابن عباس : و شرى علي نفسه فلبس ثوب النبي صلى الله عليه و سلم ثم نام مكانه قال ابن عباس : و كان المشركون يرمون رسول الله صلى الله عليه و سلم فجاء أبو بكر رضي الله عنه و علي نائم قال و أبو بكر يحسب أنه رسول الله صلى الله عليه و سلم قال فقال : يا نبي الله فقال له علي : إن نبي الله صلى الله عليه و سلم قد انطلق نحو بئر ميمون فادركه قال فانطلق أبو بكر فدخل معه الغار قال و جعل علي رضي الله عنه يرمى بالحجارة كما كان رمي نبي الله صلى الله عليه و سلم و هو يتضور و قد لف رأسه في الثوب لا يخرجه حتى أصبح ثم كشف عن رأسه فقالوا إنك للئيم و كان صاحبك لا يتضور و نحن نرميه و أنت تتضور و قد استنكرنا ذلك فقال ابن عباس : و خرج رسول الله صلى الله عليه و سلم في غزوة تبوك و خرج بالناس معه قال فقال له علي : أخرج معك قال : فقال النبي صلى الله عليه و سلم لا فبكى علي فقال له : أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنه ليس بعدي نبي إنه لا ينبغي أن أذهب إلا و أنت خليفتي قال ابن عباس و قال له رسول الله صلى الله عليه و سلم أنت ولي كل مؤمن بعدي و مؤمنة قال ابن عباس و سد رسول الله صلى الله عليه و سلم أبواب المسجد غير باب علي فكان يدخل المسجد جنبا و هو طريقه ليس له طريق غيره قال ابن عباس : و قال رسول الله صلى الله عليه و سلم من كنت مولاه فإن مولاه علي قال ابن عباس و قد أخبرنا الله عز و جل في القرآن إنه رضي عن أصحاب الشجرة فعلم ما في قلوبهم فهل أخبرنا أنه سخط عليهم بعد ذلك قال ابن عباس : و قال نبي الله صلى الله عليه و سلم لعمر رضي الله عنه حين قال : ائذن لي فاضرب عنقه قال : و كنت فاعلا و ما يدريك لعل الله قد اطلع على أهل بدر فقال اعلموا ما شئتم
هذا حديث صحيح الإسناد و لم يخرجاه بهذه السياقة
و قد حدثنا السيد الأوحد أبو يعلى حمزة بن محمد الزيدي رضي الله عنه ثنا أبو الحسن علي بن محمد بن مهروية القزويني القطان قال : سمعت أبا حاتم الرازي يقول : كان يعجبهم أن يجدوا الفضائل من رواية أحمد بن حنبل رضي الله عنه
تعليق الذهبي قي التلخيص : صحيح

Bizə Əbu Bəkr Əhməd b. Cəfər b. Həmdan əl-Qatii Bağdadda olan kitabın əslindən rəvayət etdi: bizə Abdullah b. Əhməd b Hənbəl rəvayət etdi (və dedi): mənə atam rəvayət etdi: bizə Yəhya b. Həmmad rəvayət etdi: bizə Əbu Avanə rəvayət etdi: bizə Əbu Bəlc rəvayət etdi: Əmr b Məymunə rəvayət etdi və dedi: Bir dəfə İbn Abbasın yanında oturmuşdum, gördüm doqquz nəfər onun yanına gəlib dedilər: “Ey İbn Abbas, ya bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır.” İbn Abbas dedi: “Sizinlə gəlirəm.” İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər və söhbətə başladılar. Ancaq nə barədə danışdıqlarını bilmədik. Nəhayət, İbn Abbas paltarını çırpa-çırpa gəlib dedi: Tuf (ar olsun), elə adamın dalınca pis danışırlar ki, başqalarında olmayan on fəzilətə malikdir, elə adamın dalınca pis danışırlar ki, Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Mən (Xeybəri fəth etmək üçün) elə bir kəsi göndərəcəyəm ki, Allah onu heç vaxt aciz etməmişdir və o, Allahı və onun Rəsulunu sevir.” Bu zaman hamı (bayrağın ona verilməsi təmənnası ilə) ona tərəf boylandı. (Rəsulullah) buyurdu: “Əli haradadır?” Dedilər: “Dəyirmanda un üyüdür.” (Rəsulullah) dedi: “Məgər sizlərdən biri un üyüdə bilməzdi?” (Ravi) dedi: “Əli gəldi, onun gözləri ağrıyırdı və çətinliklə görürdü. Rəsulullah ağız suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı üç dəfə yellətdi və ona həvalə etdi. Əli (düşmən üzərində qələbə çaldı və) Səfiyyə binti Huyeyi əsir alaraq qayıtdı.

(İbn Abbas) dedi: Peyğəmbər bir nəfəri “Tövbə” surəsini (məkkəli müşriklərə çatdırmaq üçün) göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı və dedi: Bu surəni elə şəxs aparmalıdır ki, o məndəndir və mən ondanam.

(İbn Abbas) dedi: Peyğəmbər əmisi uşaqlarına dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar qəbul etmədilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.” Sonra yenə üzünü onlara tutub dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar yenə imtina etdilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.”

(İbn Abbas) dedi: “O, insanlar içərisində Xədicədən sonra İslamı qəbul edən ilk şəxsdir.”

(İbn Abbas) dedi: “Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah sizdən çirkinliyi yox etmək və sizi pak-pakizə etməyi iradə etmişdir.”

(İbn Abbas) dedi: “Əli öz canından keçərək Peyğəmbərin (s) libasını geyinib onun yatağına uzandı. Müşriklər Rəsulullahı (s) daşlayırdılar. Bu zaman Əbu Bəkr gəldi. Əli (sanki) yatmış idi. Əbu Bəkr onun Rəsulullah (s) olduğunu güman edib onun səslədi. Əli dedi: “Rəsulullah Məymunə quyusuna tərəf yola düşdü. Özünü ona çatdır.” Əbu Bəkr bunu eşidən kimi yola düşdü və (Peyğəmbərə çatıb) onunla birlikdə mağaraya girdi.” (İbn Abbas ardınca) dedi: “Əli Allahın Peyğəmbəri kimi daşqalağa məruz qalır və ağrıdan qıvrılırdı. O, başını libasının altında salıb sübhə qədər üstünü açmadı. Sonra (sübh açıldıqda) libası üstündən götürdü. (Müşriklər onu görüb): “Həqiqətən sən pis adamsan. Dostunu daşa basırdıq, o heç qıvrılmırdı, ancaq sən qıvrılırdın. Bu bizim xoşumuza gəlmədi.” – dedilər.”

(İbn Abbas) dedi: Peyğəmbər (s) camaatla “Təbuk” döyüşünə gedərkən Əli ona dedi: “Mən də səninlə gəlim?” (Rəsulullah) ona: “Xeyr”, - deyə cavab verdi. Əli (kədərlənərək) ağladı. (Peyğəmbər) buyurdu: “Məgər sən mənə olan nisbətinin Harunun Musaya olan nisbəti kimi olmasına razı deyilsən? Lakin, bir fərqlə ki, sən peyğəmbər deyilsən. Mənə rəva deyil ki, səni özümə xəlifə elan etmədən gedim. ”

(İbn Abbas) dedi: (Peyğəmbər) buyurdu: “Sən məndən sonra bütün möminlərin vəlisisən.”

(İbn Abbas) dedi: (Peyğəmbər) Əlinin evinin qapısından başqa məscidin (içinə açılan) bütün qapıları bağlatdırdı. (Əli) məscidə cünub halda daxil olurdu. Onun (öz evinə girib-çıxması üçün) başqa yolu yox idi.”

(İbn Abbas) dedi: “(Peyğəmbər) buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

(Peyğəmbər) buyurdu: “Böyük və qüdrətli Allah bizə Quranda xəbər vermişdir ki, O, ağac altında beyət edənlərdən razı oldu. (Allah) onun ürəklərində olanı bildi. Bundan sonra onlara qəzəbləndiyini söyləmişdir?”

“Ömər: “Mənə izn ver onun (Bədr döyüşündə iştirak edən Hatib adlı şəxsin) boynunu vurum”, dedikdə Rəsulullah s) dedi: “Tutaq ki, sən bunu etdin, nə bilirsən, bəlkə Allah Bədr camaatına nəzər yetirmiş (və onlara): “Nə istəyirsiniz edin” – buyurmuşdur?

Hakim ən-Nisaburi hədisdən sonra deyib:

هذا حديث صحيح الإسناد و لم يخرجاه بهذه السياقة

Bu hədisin sənədi səhihdir, lakin onlar (əl-Buxari və Müslim) öz kitablarında qeyd etməyiblər.

تعليق الذهبي قي التلخيص : صحيح

əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.143, №4652; Darul-Kutubil-İlmiyyə, Beyrut

Onlayn mənbə 1: islamport, 4/228, №4652

Onlayn mənbə 2: islamport, 3/143, №4652

Onlayn mənbə 3: shamela, 3/143, №4652

Onlayn mənbə 4: mekkaoui.net, №4652

Onlayn mənbə 5: islamweb, 4/104-106, №4708

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.143-144, №4652; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdul-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN


 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-səhiheyn, c.3, s.154-155, №4715; Darul-Hərameyn, Qahirə, 1417/1997; təhqiq: Muqbil b. Hadi əl-Vadei

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе