أنا أبو بكر بن أبي عاصم، ثنا أبو بكر بن أبي شيبة، ثنا شريك، عن الركين، عن القاسم بن حسان، عن زيد بن ثابت يرفعه قال: إني قد تركت فيكم الخليفتين بعدي، كتاب الله وعترتي، وأنهما لن يتفرقا حتى يردا علي الحوض.
Bizə Əbu Bəkr b. Əbi Asim xəbər verdi, (dedi:) bizə Əbu Bəkr b. Əbi Şeybə xəbər verdi, (dedi:) Şərik bizə Rukeyndən, o da Qasim b. Həssandan, o da Zeyd b. Sabitdən mərfu olaraq (yəni, Peyğəmbərə (s) istinadən) belə dediyini rəvayət etdi: «Mən özümdən sonra sizin aranızda iki xəlifə qoyub gedirəm: Allahın kitabı və Əhli-beytim. Onlar hovuzun yanında qovuşmayana qədər heç zaman bir-birindən ayrılmayacaqlar.»
İbn Əbi Asim, əs-Sünnə, c.2, s.1021, №1593; Dar əs-Sunayi, 1419/1998; təhqiq: Dr.Basim b. Feysal əl-Cəvabira
İmam Muhəmməd b. Səud adına İslam Universitetinin hədisşünaslıq üzrə profesoru Dr. Basim ibn Feysəl əl-Cəvabira haşiyədə yazır:
إسنده حسن فيه شريك بن عبدالله صدوق، وفيه القاسم بن حسان قال عنه الحافظ مقبول ووثقه البعض وضعفه آخرين وقد توبع.
Bu hədisin sənədi həsəndir. Şərik b. Abdullah səduqdur, orada Qasim b. Həssan da var. Hafiz (yəni, İbn Həcər əl-Əsqəlani) onun haqqında deyib ki, məqbuldur. Bəziləri onun siqa olduğunu deyiblər. Digərləri isə onu zəif biliblər. Hər iki sözə tabe olunub.
Fotoşəkil: İbn Əbi Asim, əs-Sünnə, c.2, s.1021, №1593; Dar əs-Sunayi, ər-Riyad, 1419/1998; təhqiq: Dr.Basim b. Feysal əl-Cəvabira
Kitabı yükləmək üçün: ÜNVAN