İnsanlar içərisində elmin ən ali zirvəsinə yetişən, zülmətləri aydınladan parlaq nur

Muhibuddin Əhməd b. Abdullah ət-Təbəri "Zəxairul-uqba fi mənaqib zavil-qurba" kitabında yazır:

ذكر أنه أكبر الامة علما وأعظمهم حلما
عن ابن عباس رضى الله عنهما وقد سئل عن على رضى الله عنه فقال رحمة الله على أبى الحسن كان والله علم الهدى وكهف التقى وطود النهى ومحل الحجا وغيث الندى ومنتهى العلم للورى ونورا أسفر في الدجى وداعيا إلى المحجة العظمى مستمسكا بالعروة الوثقى أتقى من تقمص وارتدى وأكرم من شهد النجوى بعد محمد المصطفى وصاحب القبلتين وأبو السبطين وزوجته خير النسا فما يفوقه أحد لم تر عيناى مثله ولم أسمع بمثله فعلى من بغضه لعنة الله ولعنة العباد إلى يوم التناد

 

"Əli (ə) ümmətin ən elmli və helmli şəxsidir" fəsli

İbn Abbasdan Əli (ə) haqda soruşdular. O, belə cavab verdi: "Allah Əbulhəsənə (Əli (ə)) rəhmətin şamil etsin! And olsun Allaha, o, Muhəmməd Mustəfadan (s) sonra hidayət bayrağı, təqva və ağıl dağı, pənah və ümid yeri, xeyir-bərəkət yağışı, insanlar içərisində elmin ən ali zirvəsinə yetişən, zülmətləri aydınladan parlaq nur, doğru yola dəvət edən, ən möhkəm ipdən yapışan, paltar geyənlərin (insanların) ən təqvalısı və "nəcva" edənlərin1 ən kəramətlisidir. Əli (ə) iki qiblə sahibi, iki əziz Peyğəmbər (s) nəvələrinin (Həsən (ə) və Hüseynin (ə)) atasıdır. Onun həyat yoldaşı da bütün qadınların ən yaxşısıdır. Heç kəs Əlidən (ə) üstün deyildir. Mən onun kimi birisini nə görmüşəm, nə də eşitmişəm. Onu sevməyən və düşmənçilik bəsləyənə qiyamət gününə qədər Allah və bəndələrin lənəti olsun!"

وعن عطاء وقيل له أكان في أصحاب محمد أحد أعلم من على قال ما أعلم

Muhəmmədin (s) səhabələrinin arasında Əlidən daha savadlı olanı varmı? – sualıyla Ataya (tabein nəslinin görkəmli nümayəndəsidir) müraciət etdilər. O, "mən belə birisini tanımıram" deyə cavab verdi.


1 Bununla, “nəcva” (gizli danışıq, şəxsi söhbət) hadisəsinə işarə edilmiş ola bilər. Məlumdur ki, Mucadələ surəsinin 12-ci ayəsi ilə müsəlmanlara Allah Rəsulu (s) ilə gizlində danışmaq istədiklərində sədəqə vermələri əmr olunmuşdu. Lakin, tarixdən məlumdur ki, bu əmri yalnızca Əli ibn Əbu Talib (ə) yerinə yetirmişdir. Daha sonra digər müsəlmanlar bu əmri yerinə yetirməkdə süstlük edincə, Allahu-təala onları bağışladığını bildirərək bu əmri onların üzərindən qaldırmışdır (Mücadilə surəsi, 13) Bu səbəbdən də İbn Abbas onun barəsində “nəcva edənlərin ən kəramətlisidir” – deyir.

Muhibuddin Əhməd b. Abdullah ət-Təbəri, Zəxairul-uqba fi mənaqib zavil-qurba, s.78

Onlayn mənbə 1: islamport

Onlayn mənbə 2: shamela

 

Fotoşəkil: Muhibuddin Əhməd b. Abdullah ət-Təbəri, Zəxairul-uqba fi mənaqib zavil-qurba, s.78

 

Fotoşəkil: Muhibuddin Əhməd b. Abdullah ət-Təbəri, Zəxairul-uqba fi mənaqib zavil-qurba, s.142-143

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе