Xalid ibn Vəlidin əsirlərə zülm ilə qətlə yetirməsi (əl-Buxari)

Qarşı məzhəbin ən böyük alimlərindən olan "Məhəmməd İsmayıl əl-Buxari" müəllifi olduğu "əl-Camius-Səhih" əsərində hədisdə belə yazır:

 

حدثني محمود حدثنا عبد الرزاق أخبرنا معمر ح وحدثني نعيم أخبرنا عبد الله أخبرنا معمر عن الزهري عن سالم عن أبيه قال بعث النبي صلى الله عليه وسلم خالد بن الوليد إلى بني جذيمة فدعاهم إلى الإسلام فلم يحسنوا أن يقولوا أسلمنا فجعلوا يقولون صبأنا صبأنا فجعل خالد يقتل منهم ويأسر ودفع إلى كل رجل منا أسيره حتى إذا كان يوم أمر خالد أن يقتل كل رجل منا أسيره فقلت والله لا أقتل أسيري ولا يقتل رجل من أصحابي أسيره حتى قدمنا على النبي صلى الله عليه وسلم فذكرناه فرفع النبي صلى الله عليه وسلم يده فقال اللهم إني أبرأ إليك مما صنع خالد مرتين

 

Rəvayət edilir ki, Abdullah ibn Ömər demişdir: “Peyğəmbər (s) Xalid ibn Vəlidi Bəni Cəzimə qəbiləsinin üstünə göndərib onları İslama dəvət etdi. On­lar: “Müsəlman olduq!”– demədilər, (əvəzində): “Döndük, döndük!”– dedilər. Onda Xalid (s) onların (bir çoxunu) öldürdü (yerdə qalanını da) əsir gö­türdü və bizim hər birimizə bir əsir bağışladı. Nəhayət, günlərin bir günü Xalid bizim hər birimizə (əlinin altında olan) əsirini öldürməyi əmr etdi. Dedim: “Vallahi ki, nə mən, nə də dostlarım­dan bir kimsə öz əsirini öldür­mə­yə­cəkdir.” Nəhayət, biz Peyğəmbərin (s) yanına gəlib bu hadisəni ona da­nış­dıq­da Peyğəmbər (s) əllərini (göyə) qaldırıb iki dəfə dedi: “Allahım, həqiqə­tən də, mən Xalidin etdiyi əməldən uzağam!”

 

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Hərbi yürüşlər kitabı, c.4, s.1577, №4084; Dar ibn Kəsir, Beyrut, 1414/1993

Əlixan Musayev, "Səhih Buxari Müxtəsəri", Hərbi yürüşlər kitabı, 33-cü fəsil, hədis 1666

Online mənbə: islamweb (c.4, s. 1577)

 

 

 
 

Fotoşəkil: Əlixan Musayev, "Səhih Buxari Müxtəsəri", Hərbi yürüşlər kitabı, 33-cü fəsil, hədis 1666

 

Sual və iradlarımız:

 

1) Xalid ibn Vəlid əsrləri öldürmək əmrini kimdən almışdır? Əgər əmri heç kimdən almamışdırsa, onda bu əmri öz nəfsinə görə vermişdir? Məgər Peyğəmbərdən (s) və ya onun canişinindən icazə almadan əsirləri qəsdən öldürmək İslamda varmı?!

2) Əgər iddia olunsa ki, Xalid ibn Vəlid ictihad edərək bu qənaətə gəldi. O zaman deyə bilərik ki, Peyğəmbər (s) həyatda olduğu halda, kim ona özündən ictihad etmək səlahiyyəti verib? Digər tərəfdən bu məsələdə bu cür hökm olunmadığı açıq-aşkar bəllidir. Çünki onun əmirliyində olan səhabələr onun bu hərəkətinə etiraz edərək əmrini yerinə yetirməyi rədd etdilər. Xalid ibn Vəlidin bu etirazlara baxmayaraq yenə də əsirləri qətlə yetirməsi və Peyğəmbərin (s) əllərini (göyə) qaldırıb iki dəfə: “Allahım, həqiqə­tən də, mən Xalidin etdiyi əməldən uzağam!” deməsi ictihaddır, yoxsa əsirlərə edilmiş zülm?!

3) Xalid ibn Vəlid niyə bu qədər tələsirdi? Onun səhabələrin etirazına baxmayaraq ictihad etməsinə və bu qədər tələsməsinə nə gərək vardı? Məgər o, Peyğəmbərə (s) məktub yazaraq bu məsələni ondan öyrənə bilməzdimi?!

4) Əgər Xalid ibn Vəlid kimi bir səhabə adi bir məsələdə heç kimdən məsləhət almadan özbaşına hərəkət edərək əsirləri zülm edərək qətlə yetirirsə, biz onu necə adil hesab edə bilərik? Necə onun yolu ilə gedə bilərik? Əgər bütün səhabələr adildirsə, niyə Xalid ibn Vəlid səhabələrin etirazını haqlı hesab etmədi? Məgər o, bilmirdi ki, səhabələr hamısı adildir, haqsız yerə etiraz etməzlər? Həmçinin həmin səhabələr niyə Xalid ibn Vəlidə etiraz etdilər? Məgər onlar bilmirdilər (qarşı məzhəbin iddia etdiyi kimi) Peyğəmbər (s) onu Allahın qılıncı (Seyfullah) adlandırıb, adil və böyük səhabələrindən hesab edib?!

5) Yenidən iddia olunsa ki, səhabə məsum deyil, səhabə xəta edə bilər, o zaman cavabında deyəcəyik:
Siz bunu dildə söyləsəniz də, əslində onlara qoyduğunuz status ilə onların məsum olmasına etiqad bəsləmiş olursunuz. Çünki iddia edirsiniz ki, Xalid və ya Siffeyn döyüşündə Müaviyə on minlərlə insanın qanına girməsinə baxmayaraq, yenə də ictihad və xəta edir, bununla da onlar yenə də savab qazanırlar. Yəni düz iş görsə iki savab qazanır, səhv edib adam öldürsə bir savab qazanır. Nəticə etibarilə, hər iki halda savab qazanırlar və heç vaxt günah etmirlər. Bununla da siz onların məsum olmasına etiqad bəsləmiş olursunuz!

6) Əgər Xalid və Müaviyə kimilərin minlərlə insanın qanına girərək savab qazandığını iddia edirsinizsə, bəs bu cür şəxslər daha nə etməlidir ki, siz ona cinayətkar statusunu verəsiniz?

Həmd Aləmlərin Rəbbi Olan Allaha Məxsusdur!

В этом разделе