Allah Rəsulunun (s) hüzurunda kimlər səslərini ucaltdı?

İman əhlindən olan hər bir insanın fitrətində elm əhlinə, məqam sahiblərinə hörmət vardır. Onların hüzurunda olarkən sözlərinə, hərəkətlərinə diqqət yetirirlər. Bəs, görəsən Peyğəmbərin (s) yanında olan səhabələr hər biri bu cür əxlaq sahibidirmi?

 

Məhəmməd b. İsmayıl əl-Buxari yazır:

buxari ü1 buxari üz2buxari üz3  buxari 686

حدثنا يسرة بن صفوان بن جميل اللخمي حدثنا نافع بن عمر عن ابن أبي مليكة قال  كاد الخيران أن يهلكا أبو بكر وعمر رضي الله عنهما رفعا أصواتهما عند النبي صلى الله عليه وسلم حين قدم عليه ركب بني تميم فأشار أحدهما بالأقرع بن حابس أخي بني مجاشع وأشار الآخر برجل آخر قال نافع لا أحفظ اسمه فقال أبو بكر لعمر ما أردت إلا خلافي قال ما أردت خلافك فارتفعت أصواتهما في ذلك فأنزل الله  يا أيها الذين آمنوا لا ترفعوا أصواتكم  الآية  قال ابن الزبير فما كان عمر يسمع رسول الله صلى الله عليه وسلم بعد هذه الآية حتى يستفهمه ولم يذكر ذلك عن أبيه يعني أبا بكر
“Bizə Yəsəra b. Səfvan b. Cəmil əl-Ləxmi rəvayət etdi və dedi: “Bizə Nafi b. Ömər rəvayət etdi və dedi: “İbn Əbi Müleykə dedi: “Çox xeyirxah iki kişi bir an içində həlak olacaqdılar. Əbu Bəkrlə Öməri nəzərdə tuturam. Bunların hüzuruna Təmim oğullarının süvariləri gəldiyi zaman, Peyğəmbərin (s) yanında səslərini qaldırdılar. Bunlardan bir nəfəri Peyğəmbərə (s) Mucaşi oğullarının qardaşı əl-Əqra b. Habisi vəli təyin etməsinə göstəriş verdi. Digəri də başqa birini göstəriş verdi”. Ravi Nafi b. Ömər dedi: “Mən göstərilən bu şəxsin adını unutmuşam”. Əbu Bəkr Ömərə dedi: “Sən mütləq olaraq mənə müxalif olmaq istəyirsən”. Ömər dedi: “Mən sənə müxalif olmaq istəmədim”. Beləcə, bu mövzu ətrafında səsləri yüksəldi. Allah (c.c) “Ey iman gətirənlər, səslərinizi Peyğəmbərin (s) səsindən yuxarı qaldırmayın” ayəsini nazil elədi”. İbn Zubeyr dedi: “Artıq Ömər bu ayədən sonra Peyğəmbərin (s) yanında sualının cavabını alacaq qədər alçaq səslə danışırdı”. Abdullah bu hissəni atasından nəql etməyib. Yəni Əbu Bəkrdən”.
 
Əbu Əbdullah əl-Buxari Məhəmməd b. İsmayıl b. İbrahim b. əl-Muğirə b. Bərdizbə əl-Cufi, “Səhihul-Buxari” kitabı, 1-ci cild, Təfsir kitabı, Hucurat surəsi, 1-ci bab, 686-cı səhifə, 4845-ci hədis, Təhqiq: Əbdüs-Səlam b. Məhəmməd b. Ömər Alluş, Nəşr: “Məktəbətur-Ruşd”, Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006, 2-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Peyğəmbərə (s) bu cür ehtiram göstərənlər, onun (s) Əhli-Beytinə (ə) necə ehtiram göstərər?!

 

beqiyyetullah.wordpress.com

В этом разделе