"Əhli-sünnə alimlərinin, səhabələrin cinayətlərini gizlədərək, onların məhəbbətini insanların qəlbinə salmaq istəyi"

Əhli-sünnənin böyük alimlərindən olan "əz-Zəhəbi" yazır:

كما تقرر عن الكف عن كثير مما شجر بين الصحابة وقتالهم رضي الله عنهم أجمعين ، وما زال يمر بنا ذلك في الدواوين والكتب والأجزاء ، ولكن أكثر ذلك منقطع وضعيف ، وبعضه كذب ، وهذا فيما بأيدينا وبين علمائنا ، فينبغي طيه وإخفاؤه ، بل إعدامه لتصفو القلوب ، وتتوفر على حب الصحابة ، والترضي عنهم ، وكتمان ذلك متعين عن العامة وآحاد العلماء .
وقد يرخص في مطالعة ذلك خلوة للعالم المنصف العري من الهوى ، بشرط أن يستغفر لهم

Qərara alındı ki, səhabələr (Allah hamısından razı olsun) arasında baş verən çoxlu münaqişələr gizlədilsin. Bunların hələ də divanlarda (külliyyat), kitablarda, qissələrdə keçdiyini görürük. Lakin bunların əksəriyyətinin sənədi münqəti (sənədi qopuq), zəif, bəziləri isə yalandır. Bunlar bizim əlimizdə və alimlərimizin arasındadır, bunlar gizlədilməli, hətta məhv edilməlidir. (Buna görə ki,) qəlbləri təmizləyərək, səhabələrin məhəbbətini oyadaraq, (insanlar) onlardan məmnun olsunlar. Bunları tək-tük alimlərdən və ümumi camaatdan gizlətmək müəyyənləşdiribdir. İnsaflı, həvai-həvəsdən uzaq olan alimə icazə verilir ki, bunları xəlvətdə, onların bağışlaması şərtilə oxusun.

Şəmsuddin əz-Zəhəbi, Siyəru-əlamin-nubəla, c.10, s.92, əl-Risalə, 1402/1982, təhqiq Şueyb əl-Arnəut

Onlayn mənbə: islamweb (c.10, s.92)

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyəru-əlamin-nubəla, c.10, s.92, əl-Risalə, 1402/1982, təhqiq Şueyb əl-Arnəut

Kitabı yükləmək üçün: ÜNVAN

Sübhanallah! Görün bu insanlar əqidələrinin əldən getməməsi üçün həqiqətləri gizlətməyə necə çalışırlar. Səhabələr arasında baş verən münaqişələr gizlədilsə, bəs insanlar mömin və münafiqi bir-birindən necə ayırd edəcək? Necə bu insanlar razı ola bilirlər ki, avam kütlə onlara görə münafiq, cinayətkar, şərab içən, zina edən, oğurluq edən, bir-birini qətlə yetirən səhabələrə "Allah onlardan razı olsun" desin?! Bilə-bilə haqqı gizlədərək cinayətkar bir səhabəni insanlara sevdirmək, onun məhəbbətini insanların qəlbinə yerləşdirmək nəyə lazımdır?! Əqidənin əldən getməməsi üçün həqiqətləri gizlətməyə bu qədər həvəsli olanlara Allahın bu ayəsi çatmayıb?!

وَلَا تَلْبِسُوا الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

"Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin". (Bəqərə surəsi, ayə 42)

İrad edilə bilər ki, Zəhəbinin burda nəzərdə tutduğu odur ki, cahil və avam kütlə bu hədislərlə qarşılaşarsa, onlar səhih və qeyri-səhih hədisi bir-birindən ayırd edə bilmədiyi üçün səhabələrə duyduğu məhəbbət tam əksinə olaraq dəyişə bilər və bununla onlar şəkk-şübhəyə düşə bilərlər. Ona görə də sənədi qopuq, zəif və yalan olan hədisləri gizlətmək lazımdır ki, avam kütlənin qarşısına bu hədislər çıxdıqda səhabələr barədə şəkk-şübhəyə düşməsinlər.

Cavabında deyirik ki, bu iddianı elə Zəhəbi özü rədd etmişdir. Çünki Zəhəbi gizlətmək barədə nəzərdə tutduğu hədislər sənədi qopuq, zəif və yalan olan hədislərdirsə, bəs sonda niyə deyir ki, insaflı, həvai-həvəsdən uzaq olan alimə icazə verilir ki, bunları xəlvətdə, onların bağışlanması şərtilə oxusun? Əgər hər hansısa bir hədis səhabələrin cinayətləri barədə bəhs edirsə və bu hədisin sənədi qopuq, zəif və yalandırsa, deməli, belə bir hadisə baş verməmişdir. Bununla belə baş verməmiş bir hadisə üçün Zəhəbinin: "onların bağışlanması şərtilə oxusun" - deməsinə nə gərək var? Deməli, aydın olur ki, Zəhəbi burada sənədi zəif olan hədislərlərdən əlavə səhih sənədli, ümumən səhabələrin cinayətlərini göstərən zəif və səhih demədən bütün hədislərin məhv edilməsini nəzərdə tutmuşdur!

В этом разделе