Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilər (əl-Huveyni)

Əbu İshaq əl-Huveyni "Təhzib Xəsais İmam Əli" kitabında yazır:

اخبرنا احمد بن سليمان ، قال : حدثنا اسماعيل ، عن ابي اسحاق عن حبشي بن جنادة السلولي قال : قال رسول الله صلى الله عليه وسلم : علي مني وانا منه فلا يؤدي عني إلا انا وعلي

Bizə Əhməd b. Süleyman xəbər verdi və dedi, bizə İsmayıl, Əbi İshaqdan, o da Hubşi b. Cunadə əs-Səlulidən belə dediyini rəvayət edir: Rəsulullah (s) dedi: "Əli məndəndir, mən də ondan. Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilər."

Əhməd b. Şueyb ən-Nəsai, Xəsais Əmiril-muminin Əli b. Əbu Talib, s.70, h.69

Onlayn mənbə 1: islamport, 1/90

Onlayn mənbə 2: shamela, 1/91, №74 (təhqiq: Əhməd əl-Baluşi)

Sələfi hədisşünas Əbu İshaq əl-Huveyni rəvayətin sənədinin səhih olduğunu qeyd etmişdir.

 

Fotoşəkil: Əbu İshaq əl-Huveyni, Təhzib Xəsais İmam Əli, s.70, №69, Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1405 - 1984

Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2

В этом разделе