Alusi özünün “Ruhul-məani” təfsirində demişdir:
فقد ذكر أبو القاسم البلخي أنه لم يبق مع النبي صلّى الله عليه وسلم يوم أحد إلا ثلاثة عشر نفسا خمسة من المهاجرين أبو بكر وعلي وطلحة وعبد الرحمن ابن عوف وسعد بن أبي وقاص، والباقون من الأنصار رضي الله تعالى عنهم أجمعين ومن مشاهير المنهزمين عثمان ورافع بن المعلى وخارجة بن زيد وأبو حذيفة بن عتبة والوليد بن عقبة وسعد وعقبة ابنا عثمان من الأنصار من بني زريق، وروي عن ابن عباس أن الآية نزلت في الثلاثة الأول، وعن غيره غير ذلك ولم يوجد في الآثار تصريح بأكثر من هؤلاء، ولعل الاقتصار عليهم لأنهم بالغوا في الفرار ولم يرجعوا إلا بعد مضي وقت إلى رسول الله صلى الله تعالى عليه وسلم حتى أن منهم من لم يرجع إلا بعد ثلاث، فزعموا أن رسول الله صلى الله تعالى عليه وسلم قال: لقد ذهبتم بها عريضة، وأما سائر المنهزمين فقد اجتمعوا في ذلك اليوم على الجبل، وعمر بن الخطاب رضي الله تعالى عنه كان من هذا الصنف كما في خبر ابن جرير خلافا للشيعة وبفرض التسليم لا تعيير بعد عفو الله تعالى عن الجميع، ونحن لا ندعي العصمة في الصحابة رضي الله تعالى عنهم ولا نشترطها في الخلافة
Əbul-Qasim əl-Bəlxi belə nəql etmişdir ki, Uhud günündə Peyğəmbərlə (sallallahu əleyhi [və alihi] və səlləm) birgə yalnız 13 nəfər qalmışdır. Bunların beşi mühacirlərdən olmuşdur: Əbu Bəkr, Əli, Təlhə, Əbdür-Rəhman ibn Auf və Səd ibn Əbi Vəqqas, digərləri isə ənsardan olmuşdur, Allah onların hamısından razı olsun.1 Osman, Rafe ibn əl-Müəlla, Xaricə ibn Zeyd, Əbu Hüzeyfə ibn Ütbə, Vəlid ibn Uqbə və ənsarın Bəni-Züreyq qəbiləsindən olan Osmanın iki oğlu; Səd və Üqbə isəqaçanların məşhurlarındandırlar. İbn Abbasdan ayənin (Ali-İmran surəsi, 155-ci ayənin) ilk üç nəfər (Osman, Rafe və Xaricə) barədə nazil olduğu nəql edilmişdir. Başqalarından isə başqa şəxslər barədə də nazil olduğu nəql edilmişdir. Hədislərdə bu şəxslər xüsusilə vurğulanmışlar. Bəlkə də xüsusi olaraq onların adlarının qeyd olunmasının səbəbi budur ki, onlar qaçmaqda mübaliğə etmişlər və yalnız bir müddət keçdikdən sonra Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yanına qayıtmışlar. Hətta onlar arasında üç gündən sonra qayıdıb gələn şəxslər də olmuşdur. Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) onlara belə dediyini iddia etmişlər: “Çox uzağa getdiniz!” Digər qaçanlara gəlincə isə, onlar həmin gün dağa toplaşmışdılar. Ömər ibn əl-Xəttab da – Allah ondan razı olsun – şiələrin etiqadından fərqli olaraq bu dəstədən idi. Hətta fərz etsək ki, (şiələrin dedikləri kimi Ömər birinci dəstədən olan qaçanlardan olmuşdur), yenə də Allah-təala hamını əfv etdikdən sonra kiməsə eyb tutula bilməz. Biz səhabələrin – Allah onlardan razı olsun – məsum olduqlarını iddia etmirik və məsumluğu xilafət üçün şərt bilmirik.
1 Əlbəttə İmam Əli (əleyhis-səlam) istisna olmaqla bu şəxslərin həqiqətəndəmi Bəlxinin dediyi kimi olub-olmadıqları ayrı bəhsin mövzusudur. Biz burada faktı nəql etməklə kifayətlənirik. (Müt).
Fotoşəkil: Mahmud əl-Alusi, Ruh əl-məani fi təfsir əl-Quran, c.4, s.99; "İdarə ət-Tibaa əl-Muniriyyə" və "Dar İhya ət-Turas əl-Ərəbi" nəşriyyatları