İbn Ömər: “Osman Uhudda döyüşdən qaçan şəxslərdən idi.”

ən-Nisai "Xəsais" kitabında yazır:

أخبرنَا إِسْمَاعِيل بن مَسْعُود الْبَصْرِيّ قَالَ حَدثنَا خَالِد عَن شُعْبَة عَن أبي إِسْحَاق عَن الْعَلَاء قَالَ سَأَلَ رجل ابْن عمر عَن عُثْمَان قَالَ كَانَ من الَّذين توَلّوا يَوْم التقى الْجَمْعَانِ فَتَابَ الله عَلَيْهِ ثمَّ أصَاب ذَنبا فَقَتَلُوهُ وَسَأَلَهُ عَن عَليّ فَقَالَ لَا تسال عَنهُ أَلا ترى قرب منزله من رَسُول الله صلى الله عَلَيْهِ وَسلم

Bizə İsmayıl ibn MƏsud əl-Bəsri xəbər verdi və dedi: xalid bizə Şubədən, o da Əbi İshaqdan, o da əl-Əladan onun belə dediyini rəvayət etdi: Bir nəfər İbn Ömərə Osman barədə sual verdi, İbn Ömər dedi: “İki ordunun qarşılaşdığı gündə (Uhud günündə) döyüşdən qaçan şəxslərdən idi. Sonra Allah onun tövbəsini qəbul etdi. Sonra bir günaha bulaşdı və onu qətlə yetirdilər.” Həmin şəxs ondan Əlini soruşdu. Dedi: “Onun barəsində soruşma. Məgər onun Allah Rəsuluna (sallallahu əleyhi [və alihi] və səlləm) nə qədər yaxın olduğunu görmürsən?”

Kitabın mühəqqiqi Əhməd Mirin əl-Bəluşi deyir: “İsnadı səhihdir, raviləri siqədir.”

 

Fotoşəkil: Əhməd ibn Şueyb ən-Nisai, Xəsais Əmir əl-Muminin Əli ibn Əbi Talib, səh.122, h.104; təhqiq: Əhməd Mirin əl-Baluşi, Məktəbə əl-Məla, Kuveyt, 1406/1986

В этом разделе