Hakim Nisaburi "Mustədrək əla əs-səhiheyn" kitabının cild 1, səhifə 541-də nəql edir:
حدثنا أبو بكر محمد بن داود بن سليمان ، ثنا عبد الله بن محمد بن ناجية ، ثنا رجاء بن محمد العذري ، ثنا عمرو بن محمد بن أبي رزين ، ثنا شعبة ، عن مسعر ، عن زياد بن علاقة ، عن عمه ، أن المغيرة بن شعبة سب علي بن أبي طالب فقام إليه زيد بن أرقم ، فقال : يا مغيرة ، ألم تعلم أن رسول الله صلى الله عليه وآله وسلم " نهى عن سب الأموات ، فلم تسب عليا وقد مات ؟ "
هذا حديث صحيح على شرط مسلم و لم يخرجاه هكذا
قال قي التلخيص : على شرط مسلم
Əbu Bəkr Muhəmməd bin Davud bin Süleyman bizə rəvayət etdi (və dedi): Abdullah bin Muhəmməd bin Naciyə bizə rəvayət etdi (və dedi): Rəca bin Muhəmməd əl-Uzri rəvayət etdi (və dedi): Əmr bin Muhəmməd bin Əbi Rəzin rəvayət etdi (və dedi): Şubə bizə Misərdən, o da Ziyad bin İləqədən, o da əmisindən (Qutbə bin Malik) rəvayət edir ki, Muğirə bin Şubə Əli bin Əbu Talibi söydü. Zeyd bin Ərqəm ayağa durdu və dedi: «Ey Muğirə! Sən bilmirsən ki, Allah Rəsulu ölən şəxsi söyməyi qadağan edib? Əli öldüyü halda onu söyürsən?»
Bu hədis Müslimin şərtlərinə əsasən səhihdir, lakin (Müslim öz kitabında) rəvayət etməmişdir.
(əz-Zəhəbi) «ət-Təlxis»də deyib: Müslimin şərtlərinə əsasən (səhihdir).
əl-Hakim ən-Nisaburi, əl-Mustədrək əla əs-səhiheyn, c.1, s.541, h.1419; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbd əl-Qadir Ata (onlayn mənbə 1,2)
Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Mustədrək əla əs-səhiheyn, c.1, s.541, h.1419; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbd əl-Qadir Ata
Kitabı yükləmək üçün: ÜNVAN
Gördüyünüz kimi, səhabədir deyib, hər adı xatırlananda "Allah ondan razı" olsun dedikləri şəxs Əmir əl-muminin Hz.Əli bin Əbu Talibi (ə) söyür! Özü də ölümündən sonra. Hz.Əlini (ə) söyən şəxsin bu əməlinin təhlükəsinin miqyasını bilmək üçün BURAYA tıqlayın.