Muhəmməd b. Cərir ət-Təbəri "İxtilaf əl-fuqəha" kitabında yazır:
واختلفوا في إتيان النساء في أدبارهن
بعد إجماعهم أن للرجل أن يتلذذ من بدن المرأة بكل موضع منه سوى الدبر.
فقال مالك لا بأس بأن يأتي الرجل إمرأته في دبرها كما يأتيها في قبلها "حدثنا بذلك يونس عن ابن وهب عنه".
Onlar qadınlarla anal cinsi əlaqədə olmaq barədə fikir ayrılığına düşmüşdürlər.
Baxmayaraq ki, onlar, anal cinsi əlaqədən başqa qadının bütün bədənindən ləzzət üçün istifadə etmək barədə icma etmişdilər, Malik demişdir: Kişinin öz həyat yoldaşı ilə öndən cinsi münasibətdə olmasında problem olmadığı kimi, anal cinsi əlaqədə olmasında da heç bir problem yoxdur. Bu hədisi bizə Yunus, İbn Vəhbdən, o da ondan (İmam Malikdən) rəvayət etmişdir.
Muhəmməd b. Cərir ət-Təbəri, İxtilaf əl-fuqəha, s.304; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut
Onlayn mənbə 1: islamport
Onlayn mənbə 2: shamela
Fotoşəkil: Muhəmməd b. Cərir ət-Təbəri, İxtilaf əl-fuqəha, s.304; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut
Kitabı yükləmək üçün: ÜNVAN
Göründüyü kimi, İbn Cərir ət-Təbəri İmam Malikin sözlərinin Yunus və İbn Vəhb yolu rəvayət olunduğunu deyir. Bu ravilər isə əhli-sünnə nəzdində etibarlı şəxslərdir.
1. Yunus b. Əbdül-Ala ibn Meysərə əl-Misri
Kutubi-Sittədən Səhih Müslim, Sünən Nəsai və Sünən İbn Macə kitablarında rəvayətləri var.
İbn Həcər deyib: siqa ravidir. (onlayn: Təqrib ət-təhzib, 1/613, №7907)
əz-Zəhəbi onu bu cür vəsf edir: imam, şeyxul-islam, muqri (quranı gözəl oxuyan), hafiz. O, Misirdə öz dövrünün böyük alimlərindən idi. (onlayn: Siyər əlam ən-nubəla, 12/349)
ən-Nəsai dedi: siqa ravidir. Əli b. əl-Həsən dedi: o, hədis hafizi idi. İbn Hibban onun adını "əs-Siqat" əsərinə zikr etmişdir. (onlayn: Təhzib ət-təhzib, 11/387, №754)
2. Abdullah b. Vəhb b. Müslim
Kutubi-sittənin bütün 6 kitabında rəvayətləri var.
İbn Həcər deyib: Bəni Əsədin ariflərindən idi. siqa ravidir. (onlayn: Təqrib ət-təhzib, 1/328, №3693)
əz-Zəhəbi deyib: imam, şeyxul-islam, hafiz. Yəhya b. Muin dedi: siqa ravidir. (onlayn: Siyər əlam ən-nubəla, 9/223)
İbn Sad dedi: Abdullah b. Vəhb böyük elm sahibi və siqa ravidir. əl-İcli dedi: siqa ravidir. əs-Saci dedi: siqa və səduq ravidir. (onlayn: Təhzib ət-təhzib, 6/65, №141)
Beləliklə, İmam Malikdən gələn rəvayət səhihdir.