Əhli-sünnə alimi Muhəmməd bin Əclan və anal cinsi əlaqə

Əhli-sünnənin hədis alimlərindən olan Muhəmməd bin Əclən bu əməli nəinki halal bilmiş, hətta buna əməl də etmişdir.

مُحَمَّدُ بنُ عَجْلاَنَ (خت، م، 4)

الإِمَامُ، القُدْوَةُ، الصَّادِقُ، بَقِيَّةُ الأَعْلاَمِ، أَبُو عَبْدِ اللهِ القُرَشِيُّ، المَدَنِيُّ، وَكَانَ عَجْلاَنُ مَوْلَى لِفَاطِمَةَ بِنْتِ الوَلِيْدِ بنِ عُتْبَةَ بنِ رَبِيْعَةَ بنِ عَبْدِ شَمْسٍ بنِ عَبْدِ مَنَافٍ. وُلِدَ: فِي خِلاَفَةِ عَبْدِ المَلِكِ بنِ مَرْوَانَ.

........................................

كَانَ فَقِيْهاً، مُفْتِياً، عَابِداً، صَدُوقاً، كَبِيْرَ الشَّأْنِ، لَهُ حَلْقَةٌ كَبِيْرَةٌ فِي مَسْجِدِ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

Muhəmməd bin Əclan Əbu Abdullah əl-Qurəşi. (əl-Buxarinin (təliq yolu ilə), Müslimin və 4 Sünən sahibinin ravisidir.) İmamdır, nümunəvi şəxsiyyətdir. Doğrudanışandır, alimlərin yadigarıdır. Mədinəlidir. O, Fatimə bint əl-Vəlid bin Utbə bin Rəbiə bin Əbd əş-Şəms bin Əbn əl-Mənafın azadlı köləsi olan Əclandır. Əbd əl-Məlik bin Mərvanın xilafəti dövründə doğulub.
........................................
O, fəqihdir, müftidir, abid, doğrudanışan şəxsdir, böyük izzət sahibidir. Allah Rəsulunun (s) məscidində onun böyük məclisləri olurdu.

Şəms əd-Din əz-Zəhəbi, Siyər aləm ən-nubəla, c.6, s.317-318; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut (Onlayn mənbə 1, 2, 3)

 

Fotoşəkil: Şəms əd-Din əz-Zəhəbi, Siyər aləm ən-nubəla, c.6, s.317-318; Muəssisə ər-Risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Ərnaut

Kitabı yükləmək üçün: ÜNVAN

İndi isə bu şəxsin tərcümeyi-halı ilə daha geniş tanış olaq və sonda anal cinsi münasibət barədə mövqeyinə şahidlik edək.

5462 - خت م 4: مُحَمَّد بن عجلان القرشي ، أَبُو عَبْد اللَّهِ المدني، مولى فاطمة بنت الوليد بْن عتبة بْن ربيعة بْن عبد شمس ابن عبد مناف.
كان عابدا ناسكا، فقيها، وكان له حلقة في مسجد رَسُول اللَّهِ صَلَّى اللَّهُ عليه وسلم، وكان يفتي
.

5462 – Əl-Buxarinin (təliq yolu ilə), Müslimin və 4 Sünən sahibinin ravisidir. Muhəmməd bin Əclan əl-Qurəşi Əbu Abdullah əl-Mədini. Fatimə bint əl-Vəlid bin Utbə bin Rəbiə bin Əbd əş-Şəms bin Əbd əl-Mənafın azad etdiyi kölədir.

O, abid, zahid və fəqihdir. Allah Rəsulunun (s) məscidində onun məclisləri olurdu və həmin məclislərdə fətva verirdi.

قال صالح بْن أحمد بْن حنبل، عَن أبيه: ثقة.
وَقَال عَبد اللَّهِ بْن أَحْمَد بْن حنبل، عَن أَبِيهِ: سمعت ابن عُيَيْنَة يقول: حَدَّثَنَا مُحَمَّدُ بْنُ عجلان، وكان ثقة
.
وَقَال عَبد اللَّهِ بن أَحْمَدَ أيضا: سَأَلتُ أبي عَنْ مُحَمَّدِ بْنِ عجلان، وموسى بن عقبة أيهما أعجب إليك؟ فقال: جميعا ثقة، وما أقربهما، كان ابن عُيَيْنَة يثني على مُحَمَّد بن عجلان
.
وَقَال إسحاق عَنْ يحيى بْن مَعِين: ثقة
.

Salih bin Əhməd bin Hənbəl atasından onun siqə şəxs olduğunu rəvayət etmişdir.

Abdullah bin Əhməd bin Hənbəl atasından belə dediyi rəvayət edir: İbn Uyeynənin belə dediyini eşitdim: Mənə Muhəmməd bin Əclan rəvayət etdi və o siqədir.

Həmçinin Abdullah bin Əhməd dedi: Atamdan soruşdum: Muhəmməd bin Əclan və Musa bin Uqbədən hansını daha çox xoşlayırsan? Dedi: Hər ikisi siqədir. O ikisindən daha yaxını isə Muhəmməd bin Əclandır. Belə ki, İbn Üyeynə onu tərifləyirdi.

İshaq Yəhya bin Məindən onun siqə olduğunu rəvayət etmişdir.

وَقَال عَبد الله بْن أَحْمَدَ بن حنبل: قيل ليحيى بن مَعِين: من تقدم داود بن قيس أو مُحَمَّد بن عجلان؟ قال مُحَمَّد.
وَقَال عَباس الدُّورِيُّ ، عَنْ يحيى بْن مَعِين: محمد بْن عجلان ثقة أوثق من مُحَمَّد بن عَمْرو بن علقمة، ما يشك في هذا أحد
...
وَقَال يعقوب بن شَيْبَة: ابن عجلان من الثقات
.
وَقَال أَبُو زُرْعَة : ابن عجلان صدوق وسط
.
وَقَال أَبُو حاتم ، والنَّسَائي: ثقة
.

Abdullah bin Əhməd bin Hənbəl dedi: Yəhya bin Məindən soruşuldu: Davud bin Qeys üstündür yoxsa Muhəmməd bin Əclan? O dedi: Muhəmməd.

Abbas əd-Duri Yəhya bin Məindən onun belə dediyini nəql edir: Muhəmməd bin Əclan siqədir. O, Muhəmməd bin Ömər bin Əlqəmədən daha güvəniləndir və buna heç kimin şübhəsi yoxdur...

Yaqub bin Şeybə dedi: İbn Əclan siqə şəxslərdəndir.

Əbu Zurə dedi: İbn Əclan səduqdur, vəsətdir (orta).

Əbu Hatim və ən-Nisai dedilər: siqədir.

وَقَال مُحَمَّد بْن سعد قال مُحَمَّد بن عُمَر: سمعت عَبد الله بن مُحَمَّد بن عجلان يقول: حمل بأبي أكثر من ثلاث سنين، وقد رأيته وسمعت منه، ومات سنة ثمان أو تسع وأربعين ومئة بالمدينة فِي خلافة أَبِي جعفر المنصور، وكان ثقة، كثير الحديث.
وَقَال أَبُو سَعِيد بْن يونس: قدم مصر وصار إلى الإسكندرية فتزوج بها امرأة من أهلها فأتاها في دبرها فشكته إلى أهلها فشاع ذلك، فصاح بِهِ أهل الإسكندرية، فخرج منها، وتوفي بالمدينة سنة ثمان وأربعين ومئة، وكان يخضب لحيته بالصفرة
.

Muhəmməd bin Səd dedi: Muhəmməd bin Ömər dedi: Abdullah bin Muhəmməd bin Əclanın belə dediyini eşitdim: Üç ildən çox atamla birgə yaşadım. Mən onu görmüş və onda hədis də eşitmişdim. Hicrətin 148, yaxud 149-cu ilində Mədinədə Əbu Cəfər əl-Mənsurun xilafəti dövründə vəfat etmişdir. O siqədir, çox sayda hədisləri var.

Əbu Səid bin Yunus dedi: O Misirə təşrif buyurdu və İskəndəriyyə şəhərinə gedərək oradan bir qadınla ailə qurdu. O qadınla anal cinsi münasibətdə oldu. Qadın ailəsinə şikayət etdi. Bu hadisə (şəhərdə) məşhurlaşdı və İskəndəriyyə camaatı səs-küy qaldırdı. O, şəhərdən çıxıb getdi və 148-ci ildə Mədinədə vəfat etdi. Saqqalına sarı həna qoyardı.

Yusuf bin Əbd ər-Rəhman əl-Mizzi, Təhzib əl-Kamal, c.26, s.101-107; Müəssisə ər-Risalə, Beyrut, 1400/1980; təhqiq: Bəşər Əvvad Məruf (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Yusuf bin Əbd ər-Rəhman əl-Mizzi, Təhzib əl-Kamal, c.26, s.101-107; Müəssisə ər-Risalə, Beyrut, 1413/1992 (ilk cild: 1403/1983); təhqiq: Bəşər Əvvad Məruf

Kitabı yükləmək üçün: ÜNVAN

Əhli-sünnənin radikal qruplaşması olan sələfilərə məsləhətimiz budur ki, şiələrə qarşı fətva təbliğatına son verib, öz alimləri ilə maraqlansınlar.

В этом разделе