Hənəfi alimi əl-Cəssas: «Malikin anal cinsi əlaqəni halal bilməsi inkaredilməz bir faktdır»

 Əbu Bəkr əl-Cəssas "Əhkam əl-Quran" kitabının cild 2, səhifə 40-da nəql edir:

قَالَ أَبُو بَكْرٍ: الْمَشْهُورُ عَنْ مَالِكٍ إبَاحَةُ ذَلِكَ وَأَصْحَابُهُ يَنْفُونَ عَنْهُ هَذِهِ الْمَقَالَةَ لِقُبْحِهَا وَشَنَاعَتِهَا، وَهِيَ عَنْهُ أَشْهُرُ مِنْ أَنْ يَنْدَفِعَ بِنَفْيِهِمْ عَنْهُ. وَقَدْ حَكَى مُحَمَّدُ بْنُ سَعِيدٍ عَنْ أَبِي سُلَيْمَانَ الْجُوزَجَانِيِّ قَالَ: كُنْت عِنْدَ مَالِكِ بْنِ أَنَسٍ، فَسُئِلَ عَنْ النِّكَاحِ فِي الدُّبُرِ،فَضَرَبَ بِيَدِهِ إلَى رَأْسِهِ وَقَالَ: "السَّاعَةُ اغْتَسَلْت مِنْهُ".

Əbu Bəkr (əl-Cəssas) dedi: Malikin bunu (anal cinsi əlaqəni) icazəli hesab etməsi məşhur məsələdir. Lakin onun əshabı bu sözləri inkar edir, çünki bu pis və iyrənc bir şeydir. Ancaq onun bunu halal bilməsi o qədər məşhur məsələdir ki, onların  bu inkarla Maliki mudafiə etmek istəmələri mümkünsüzdür. Muhəmməd bin Səid Əbi Suleyman əl-Cüzcanidən onun belə dediyini rəvayət edib: «Malik bin Ənəsin yanında olarkən insanın öz halalı ilə anal cinsi əlaqə barədə sual verdim. O əlini başına apararaq dedi: Elə indicə bu işə görə qüsl aldım.»

Əbu Bəkr əl-Cəssas, Əhkam əl-Quran, c.1, s.426-427; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415/1994; təhqiq: Əbd əs-Səlam Muhəmməd Əli Şahin

Onlayn mənbə 1: shamela, 1/426-427
Onlayn mənbə 2: al-islam.com, 1/481

 

Fotoşəkil: Əbu Bəkr əl-Cəssas, Əhkam əl-Quran, c.2, s.40; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1412/1992; təhqiq: Muhəmməd əs-Sadiq Qəmhavi

Kitabı yükləmək üçün: ÜNVAN

Bəziləri nə qədər inkar etməyə çalışsa da, əhli-sünnənin 4 məzhəb imamından biri olan İmam Malikin bu mövqeyi faktdır. Ona görə də xüsusən əhli-sünnənin radikal qruplaşması olan sələfilərə məsləhətimiz budur ki, şiələrə qarşı fətva təbliğatına son verib, öz alimləri ilə maraqlansınlar.

В этом разделе