Yəvmud-Dar hədisi (Hafiz əl-Heysəmi)

Hafiz əl-Heysəmi "Məcmə əz-zəvaid vəl-mənbə əl-fəvaid" kitabında yazır:

عن علي قال : جمع رسول الله - صلى الله عليه وسلم - من بني عبد المطلب ، فيهم رهط كلهم يأكل الجذعة ويشرب الفرق قال : فصنع لهم مدا من طعام فأكلوا حتى شبعوا ، وبقي الطعام كما هو كأنه لم يمس ، ثم دعا بغمر فشربوا حتى شبعوا ، وبقي الشراب كأنه لم يمس ولم يشرب ، فقال : " يا ابن عبد المطلب ، إني بعثت إليكم خاصة وإلى الناس بعامة ، وقد رأيتم من هذه الآية ما رأيتم ، فأيكم يبايعني على أن يكون أخي وصاحبي ؟ " . قال : فلم يقم إليه أحد . قال : فقمت إليه وكنت أصغر القوم . فقال : " اجلس " . ثلاث مرات كل ذلك أقوم إليه ، فيقول لي : " اجلس " حتى إذا كان في الثالثة ضرب بيده على يدي . رواه أحمد ، ورجاله ثقات

Əli (r.a)-dan onun belə dediyi rəvayət edildi: Rəsulullah (s) Əbdul-Mütallib oğullarını bir araya topladı. Onların arasında həddən çox yeyən və içən gənc insanlar var idi. (Əli) dedi ki: Peyğəmbər (s) onlara bir mudd (750 qram) yemək hazırladı. Onlar doyana qədər yedilər, amma yemək əl vurulmamış kimi qaldı. Sonra su gətizdirdi. Onlar sudan da doyana qədər içdilər. Ancaq su heç içilməmiş və heç toxunulmamış kimi qaldı. Daha sonra Rəsulullah (s) buyurdu: "Ey Əbdül-Mütəllib oğulları, mən sizə xüsusi, cəmiyyətə isə ümumi olaraq göndərilmişəm. Hal-hazırda ayədən (möcüzədən) görəcəyinizi gördünüz. Hansınız mənə beyət etməklə, mənim qardaşım və dostum olar?" Heç kim ayağa qalxıb qəbul etmədi. Mən hamıdan gənc olsam da, ayağa qalxdım. Peyğəmbər (s) mənə "otur" - dedi. O, üç dəfə sualını təkrarladı. Hər dəfəsində mın ayağa qalxırdım, o mənə "otur" deyirdi. Üçüncüsündə isə əlini əlimin üstünə qoydu. Əhməd rəvayət etdi və ricalları siqadır.

Hafiz əl-Heysəmi, Məcmə əz-zəvaid vəl-mənbə əl-fəvaid, c.8, s.260, №14109; Dar əl-Fikr - Beyrut, 1412/1992

Onlayn mənbə 1: islamport (8/260, №14109)

Onlayn mənbə 2: islamport (8/532, №14109)

Onlayn mənbə 3: islamweb (№14109, Misir çapı)

 

Fotoşəkil: Hafiz əl-Heysəmi, Məcmə əz-zəvaid vəl-mənbə əl-fəvaid, c.8, s.532, №14109; Dar əl-Fikr - Beyrut, 1994; təhqiq: Abdulla əd-Dərviş

Kitabı yükləmək üçün: ÜNVAN

Davam edəcək inşaAllah...

В этом разделе