Onlar sizdən sonra gəlib mənə iman gətirərlər! (Hakim Nisaburi)

Hakim Nisaburi "Müstədrək əla əs-Səhiheyn" kitabında nəql edir:

حدثنا أبو العباس محمد بن يعقوب ثنا محمد بن عوف بن سفيان الطائي بحمص ثنا عبد القدوس بن الحجاج ثنا الأوزاعي ثنا أسيد بن عبد الرحمن حدثني صالح بن محمد عن أبي جمعة قال : تغدينا مع رسول الله صلى الله عليه و سلم و معنا أبو عبيدة بن الجراح قال : فقلنا يا رسول الله أحد خير منا أسلمنا معك و جاهدنا معك ؟ قال : نعم قوم يكونون بعدكم يؤمنون بي ولم يروني

Bizə Əbül-Abbas Muhəmməd b. Yaqub rəvayət etdi, bizə Muhəmməd b. Auf b. Sufyan ət-Tai rəvayət etdi, bizə Əbdül-Quddus əl-Həccac rəvayət etdi, bizə əl-Əvzai rəvayət etdi, bizə Useyd b. Əbdür-Rəhman rəvayət etdi, mənə Salih b. Muhəmməd, Əbi Cəmaanın belə dediyini rəvayət etdi: "Bir gün Rəsulullah ilə yemək yeyirdik. Bizimlə bərabər Ubəydə b. Cərrah da orada idi. Dedi: "Ya Rəsulullah, bizdən daha xeyirli biri varmı? Biz səninlə İslamı qəbul etdik və səninlə bərabər cihad edirik." Dedi: "Bəli, mənim ümmətimdən olan bir qövm. Onlar sizdən sonra gəlib məni görmədikləri halda mənə iman gətirərlər."

Hakim ən-Nisaburi hədisdən sonra deyib:

هذا حديث صحيح الإسناد و لم يخرجاه

Bu hədisin sənədi səhihdir, lakin onlar (əl-Buxari və Müslim) öz kitablarında qeyd etməyiblər.

"əl-Müstədrək əla əs-Səhiheyn" kitabının əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə nəşrində deyilir:

تعليق الذهبي قي التلخيص : صحيح

əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.4, s.95, №6992; Darul-kutubil-İlmiyyə - Beyrut; təhqiq: Mustafa Əbdül-Qadir Ata

Onlayn mənbə 1: islamport (c.4, s.95, №6992) və ya islamport (c.6, s.42, №6992)

Onlayn mənbə 2: shamela (c.4, s.95, №6992)

Onlayn mənbə 3: islamweb (c.5, s.115, №7075)

 

Foto şəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.140, hədis 4646; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1422 - 2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе