Onlar sizdən sonra gəlib mənə iman gətirərlər! (əl-Marəstan əl-Ənsari)

Qazi Muhəmməd Əbdül-Baqi əl-Marəstan əl-Ənsari "Əhədis əş-Şuyux əs-Siqət" kitabında yazır:

Peyğəmbərin səhabələrindən birinə dedim (Əvzai deyir: "Onun kunyəsinin Əba Cəmaa olduğunu hesab edirəm"): "Peyğəmbərdən (s) eşitdiyin hədislərdən birini bizə deyərsən?" Dedi: "Sənə yeni bir hədis deyəcəyəm. Bir gün Rəsulullah ilə yemək yeyirdik. Onunla bərabər Ubəydə ibn Cərrah var idi. Dedik: Ey Peyğəmbər, bizdən üstün biri varmı? Biz səninlə İslamı qəbul etdik və səninlə bərabər cihad edirik." Dedi: "Bəli, mənim ümmətimdən olan bir qövm. Onlar sizdən sonra gəlib məni görmədikləri halda mənə iman gətirərlər."
 
Məclis əş-Şuranın üzvü, Səudiyyə Ərəbistanının Ümmul-Qura Universitetində hədisşünaslıq üzrə ən seçkin mütəxəssislərdən olan Dr. Şərif Hatim b. Arif əl-Avdi deyir:
 
إسناد حسن وحو صحيح
 
Hədisin sənədi həsəndir, özü səhihdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fotoşəkil: Qazi Muhəmməd Əbdül-Baqi əl-Marəstan əl-Ənsari, Əhədis əş-Şuyux əs-Siqət, s.1117, №523; təhqiq: Şərif Hatim b. Arif əl-Avdi 
 
Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе