Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:
إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”
Əhzab surəsi, 56-cı ayə
أخبرنا سعيد بن يحيى بن سعيد الأموي في حديثه عن أبيه عن عثمان بن حكيم عن خالد بن سلمة عن موسى بن طلحة قال سألت زيد بن خارجة قال أنا سألت رسول الله صلى الله عليه وسلم فقال : صلوا علي واجتهدوا في الدعاء وقولوا اللهم صل على محمد وعلى آل محمد
Səid b. Yəhya v. Səid əl-Uməvi bizə atasından, o da Usman b. Həkimdən, o da Xalid b. Sələmədən, o da Musa b. Təlhədən onun belə dediyini rəvayət etdi: Zeyd b. Xaricədən Rəsulullaha (s.ə.s) necə salavat göndəriləcəyi barədə soruşdum. O dedi: Mən bu sualı Rəsullullah (s.ə.s) vermişdim, o da belə cavab vermişdi: Mənə salavat gətirin, dualarınızda israrlı olun və belə deyin: Allahummə səlli əla Muhəmməd və əla Ali Muhəmməd.
Əhməd b. Şueyb ən-Nəsai, Sünən, c.3, s.45, h.1292; Məktəbə əl-Mətbuat əl-İslamiyyə, Hələb, 1414/1994
Onlayn mənbə 1: islamweb, 3/48-49
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: islamport, 3/48
Onlayn mənbə 4: hadith.al-islam.com
Şeyx Nasiruddin əl-Albani hədisin səhih olduğunu bildirmişdir.
Fotoşəkil: Əhməd b. Şueyb ən-Nəsai, Sünən, s.210, h.1292; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi - ər-Riyad, 1417/1997; təhqiq: Şeyx Nasiruddin əl-Albani və Məşhur b. Həsəl Ali Salman
Kitabı yükləmək üçün: ÜNVAN
Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih Sünən ən-Nəsia, c.1, s.413-414, h.1291; Məktəbə əl-Maarif lil-Nəşr vəl-Təuzi - ər-Riyad, 1419/1998
Kitabı yükləmək üçün: ÜNVAN