Əhli-beytə (ə.s) salavat göndərmək duanın qəbul şərtidir (əs-Suyuti)

Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:

إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”

Əhzab surəsi, 56-cı ayə

 

الدعاء محجوب عن الله، حتى يصلى على محمد وأهل بيته

- أبو الشيخ عن علي - ح‏)‏

Muhəmməd və onun Əhli-beytinə salavat göndərmədikcə dualar cavabsız qalar.

Əbu Şeyx Əlidən rəvayət etmişdir. Həsən (dərəcəli hədisdir).

Cəlaluddin əs-Suyuti, əl-Cami əs-Sağir, c.1, s.656, h.4266

Onlayn mənbə 1: al-eman.com

Cəlaləddin əs-Suyutinin bu kitabına şərh olaraq yazdığı Abdur-Rauf əl-Munəvinin "Feyz əl-Qədir" kitabında da əs-Suyutinin hədisi həsən hesab etdiyini görmək olar.

 

Fotoşəkil: Muhəmməd Abdur-Rauf əl-Munavi, Feyz əl-Qədir Şərh Cami əs-Sağir, c.3, s.147, №4266

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе