Peyğəmbər (s.ə.a) səhabəsi İbn Abbasın yuxusunda Kərbəla nişanəsi (əl-Buseyri)

Əhli-sünnə alimi Əhməd ibn Əbu Bəkr əl-Buseyri yazır:

وَعَنْ عَمَّارِ بْنِ أَبِي عَمَّارٍ عَنِ ابْنِ عَبَّاسٍ- رَضِيَ اللَّهُ عَنْهُمَا- قَالَ: " رَأَيْتُ النَّبِيَّ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - فِيمَا يَرَى النَّائِمُ بِنِصْفِ النَّهَارِ وَهُوَ قَائِمٌ أَشْعَثُ أَغْبَرُ بِيَدِهِ قَارُورَةٌ فِيهَا دَمٌ فَقُلْتُ: بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللَّهِ ماهذا؟ قَالَ: هَذَا دَمُ الْحُسَيْنِ وَأَصْحَابِهِ لَمْ أَزَلْ ألتقطه منذ اليوم. قال: فأحصينا ذلك اليوم فوجدوه قتل في ذلك اليوم ".

رَوَاهُ أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ وَأَحْمَدُ بْنُ حَنْبَلٍ وَأَحْمَدُ بْنُ مَنِيعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ بِسَنَدٍ صَحِيحٍ.


Əmmar ibn Əbi Əmmar İbn Abbasdan rəvayət edərək – Allah hər ikisindən razı olsun -  dedi: Günorta vaxtı yuxuda Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) saçı pırtlaşıq və toz-torpaqlı halda gördüm. Bu zaman onun əlində içində qan olan şüşə bir qab var idi. Dedim: "Anam-atam sənə qurban, ey Allahın Rəsulu, bu nədir?" Buyurdu ki: "Bu, Hüseynin və əshabının qanıdır. Bu gündən bəri onu toplayıram." (Əmmar) deyir: “Həmin günü yadda saxladıq. Sonradan gördük ki, Hüseyn həmin gün qətlə yetirilib.”

(əl-Buseyri deyir:) Bu hədisi Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd ibn Hənbəl, Əhməd ibn Mənih, Əbn ibn Humeyd səhih sənədlə rəvayət etmişlər.

 

Əhməd ibn Əbu Bəkr əl-Buseyri, İthəful-xiyərətil-məhəra, c.7, s.238, №6754; “Darul-Vətən” – Səudiyyə Ərəbistanı, 1420/1999

В этом разделе