Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, cild 2, səhifə 977, №1380:
حَدَّثَنَا عَبْدُ اللَّهِ قَالَ: حَدَّثَنِي أَبِي، نا عَبْدُ الرَّحْمَنِ، نا حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ عَمَّارٍ هُوَ ابْنُ أَبِي عَمَّارٍ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: " رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَنَامِ بِنِصْفِ النَّهَارِ أَشْعَثَ أَغْبَرَ، مَعَهُ قَارُورَةٌ فِيهَا دَمٌ يَلْتَقِطُهُ، أَوْ يَتَتَبَّعُ فِيهَا شَيْئًا قُلْتُ: يَا رَسُولَ اللَّهِ، مَا هَذَا؟ قَالَ: دَمُ الْحُسَيْنِ وَأَصْحَابِهِ لَمْ أَزَلْ أَتَتَبَّعُهُ مُنْذُ الْيَوْمَ قَالَ عَمَّارٌ: فَحَفِظْنَا ذَلِكَ فَوَجَدْنَاهُ قُتِلَ ذَلِكَ الْيَوْمَ عَلَيْهِ السَّلَامُ ".
Bizə Abdullah rəvayət etdi və dedi: Mənə atam rəvayət etdi (və dedi): bizə Əbd ər-Rəhman rəvayət etdi (və dedi): Həmmad ibn Sələmə bizə Əmmar ibn Əmmardan, o da İbn Abbasdan belə nəql edir (İbn Abbas deyir): “Günorta vaxtı yuxuda Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) saçı pırtlaşıq və toz-torpaqlı halda gördüm. Bu zaman onun əlində içində qan olan şüşə bir qab var idi və o bu qanı toplayırdı və ya orada bir şey axtarırdı.” Dedim: “Ey Allahın Rəsulu, bu nədir?” Buyurdu: “Bu, Hüseynin və əshabının qanıdır. Bu gündən bəri onu toplayıram.” Əmmar deyir: “Həmin günü yadda saxladıq. Sonradan gördük ki, Hüseyn (əleyhis-səlam) həmin gün qətlə yetirilib.”
Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, c.2, s.778, №1380; Müəssisə ər-Risalə, Beyrut, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas
Onlayn mənbə 1: islamport.com
Onlayn mənbə 2: shamela.ws
Dr. Vəsiyullah bin Muhəmməd Abbas hədisin sənədinin "səhih" (إسناده صحيح) olduğunu qeyd etmişdir.
Fotoşəkil: Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, c.2, s.977, №1380; Dar İbn əl-Cəuzi, Dəmmam, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas