Məşhur əhli-sünnə tarixçisi və təfsir alimi İbn Kəsir İmam Hüseynin (ə) qətl gününü bayram kimi qeyd edən Əhli-beyt (ə) düşmənləri haqqında yazır:
وَقَدْ عَاكَسَ الرَّافِضَةَ وَالشِّيعَةَ يَوْمَ عَاشُورَاءَ النَّوَاصِبُ مِنْ أَهْلِ الشَّامِ فَكَانُوا فِي يَوْمِ عَاشُورَاءَ يَطْبُخُونَ الْحُبُوبَ وَيَغْتَسِلُونَ وَيَتَطَيَّبُونَ وَيَلْبَسُونَ أَفْخَرَ ثِيَابِهِمْ، وَيَتَّخِذُونَ ذَلِكَ الْيَوْمَ عِيدًا، يَصْنَعُونَ فِيهِ أَنْوَاعَ الْأَطْعِمَةِ، وَيُظْهِرُونَ السُّرُورَ وَالْفَرَحَ ; يُرِيدُونَ بِذَلِكَ عِنَادَ الرَّوَافِضِ وَمُعَاكَسَتَهُمْ.
Şamın nasibiləri Aşura günü şiə rafizilərin etdiyinin əksini edirdilər. Onlar Aşura günü dənli bitkilər bişirir (qovurur, yaxud dənli bitkilərdən yemək bişirir), çimir, ətirlənir, ən gözəl libaslarını geyinir, o günü bayram edir, cürbəcür yeməklər bişirir, sevinc və şadyanalıq edirdilər. Bütün bunlarla rafizilərin inadına davranmaq və onların əksinə getmək istəyirdilər.
İbn Kəsir əd-Diməşqi, “Əl-Bidayə vən-nihayə”, c.8, s.283; nəşr: Vəqflər və İslam İşləri Nazirliyi - Qətər, 1436/2015; təhqiq: Əbdül-Qadir əl-Ərnaut və Bəşşar Əvvad Marufun rəhbərliyi altında tədqiqat qrupu