Əbu Yusuf əl-Fəsəvi "əl-Mərifə və ət-tarix" kitabında yazır:
حدثني ابن نمير ، حدثنا أبي ، عن الأعمش ، عن شقيق قال : كنا مع حذيفة جلوساً، فدخل عبد الله وأبو موسى المسجد فقال: أحدهما منافق ثم قال: إن أشبه الناس هدياً ودلاً وسمتاً برسول الله صلى الله عليه وسلم عبد الله .
Mənə İbn Numeyr rəvayət etdi və dedi: atam bizə Aməşdən, o da Şəqiqdən belə dediyini rəvayət etdi: Bir gün Huzeyfə ilə oturmuşduq. Bu vaxt Abdullah b. Məsud ilə Əbu Musa əl-Əşəri məscidə daxil oldular. Huzeyfə dedi: Onlardan biri münafiqdir. Sonra dedi: «İnsanlar arasında davranış və hal baxımından Peyğəmbərə (s) ən çox bənzəyən Abdullahdır.»
Əbu Yusuf əl-Fəsəvi, əl-Mərifə və ət-tarix, c.3, s.87; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut; təhqiq: Xəlil əl-Mənsur
Onlayn mənbə 1: islamport, 3/87
Onlayn mənbə 2: thawab.ojuba.org
Fotoşəkil: Əbu Yusuf əl-Fəsəvi, əl-Mərifə və ət-tarix, c.2, s.771; Məktəbə əd-Dar, Mədinə, 1410/1990; təhqiq: Dr.Əkrəm Ziya
Kitabı yükləmək üçün: ÜNVAN
Həmin rəvayət əz-Zəhəbinin «Siyər əlam ən-nubəla» kitabında da qeyd edilmişdir.
Mühəqqiq Şeyx Şueyb əl-Arnaut haşiyədə yazır: «Bütün raviləri siqa şəxslərdir, əl-Fəsəvi ət-Tarix kitabında, c.2, s.771-də Muhəmməd b. Abdullah b. Numeyr - atası (Abdullah b. Numeyr) - Aməş - Şəqiq yolu ilə təxric etmişdir.»
Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.2, s.393-394; Muəssiə ər-Risalə, Beyrut, 1996/1417; təhqiq: Şueyb əl-Arnaut
Kitabı yükləmək üçün: ÜNVAN
Qeyd: əl-Mərifə və ət-tarix kitabının mühəqqiqi Dr.Əkrəm Ziya haşiyədə yazır ki, əz-Zəhəbi Siyər əlam ən-nubəlada, 2/394 deyir:
ولا شك أن حذيفة قال ذلك في حال غضب وإلا فإن أبا موسى صحابي جليل وقد اعتزل الفتنة
Şübəhsiz ki, Hüzeyfə bu sözləri qəzəb anında demişdir. Əbu Musaya gəldikdə, o, özünü fitnədən kənar tutan böyük səhabədir.
Dr.Ziyanın sitatı maraqlı olsa da, biz bu sözləri həmin kitabda tapa bilmədik. Dr.Əkrəm Ziyanın qeyd etdiyi ünvanda biz yalnızca bu sözləri oxuyuruq:
قلت : ما أدري ما وجه هذا القول
Mən (əz-Zəhəbi) deyirəm: Mən bilmirəm bu sözlərlə nə qəsd edilir.
Həmçinin Şeyx Şueyb əl-Arnaut da rəvayətin sənədindəki ravilərin güvənilən olduğunu təsdiq etdikdən sonra Huzeyfənin Əbu Musaya «münafiq» deməsinin səbəbi kimi aralarında olan problemlər üzündən ola biləcəyini göstərir.
Fikrimizcə, Huzeyfə Əbu Musaya «münafiq» deməklə, onun Təbuk səfərindən qayıdarkən Peyğəmbərə (s) sui-qəsd edən münafiqlərin arasında olduğuna işarə edirdi. Səhih hədislərdən də məlumdur ki, Peyğəmbər (s) o münafiqlərin adlarını Huzeyfəyə demişdi.