Muaviyə Hz.Əli (ə.s)-ın lənətlənməsini əmr edir! (Səhih Müslim)

Müslim b. əl-Həccac "əl-Müsnədus-səhih bi nəqlil ədli" kitabında yazır:

حدثنا قتيبة بن سعيد ومحمد بن عباد (وتقاربا في اللفظ) قالا: حدثنا حاتم (وهو ابن إسماعيل) عن بكير بن مسمار، عن عامر بن سعد بن أبي وقاص، عن أبيه، قال: أمر معاوية بن أبي سفيان سعدا فقال: ما منعك أن تسب أبا التراب؟ فقال: أما ذكرت ثلاثا قالهن له رسول الله صلى الله عليه وسلم، فلن أسبه. لأن تكون لي واحدة منهن أحب إلي من حمر النعم. سمعت رسول الله صلى الله عليه وسلم يقول له، خلفه في بعض مغازيه، فقال له علي: يا رسول الله! خلفتني مع النساء والصبيان؟ فقال له رسول الله صلى الله عليه وسلم "أما ترضى أن تكون مني بمنزلة هارون من موسى. إلا أنه لا نبوة بعدي". وسمعته يقول يوم خيبر "لأعطين الراية رجلا يحب الله ورسوله، ويحبه الله ورسوله" قال فتطاولنا لها فقال "ادعوا لي عليا" فأتى به أرمد. فبصق في عينه ودفع الراية إليه. ففتح الله عليه. ولما نزلت هذه الآية: فقل تعالوا ندع أبناءنا وأبنائكم [3/ آل عمران/61] دعا رسول الله صلى الله عليه وسلم عليا وفاطمة وحسنا وحسينا فقال "اللهم! هؤلاء أهلي".

Quteybə b. Səid və Muhəmməd b. Abbad bizə rəvayət etdilər və dedilər: Hatəm (ibn İsmayıl) bizə Bukeyr b. Mismardan, o da Amir b. Sad b. Əbi Vəqqasdan, o da atasından onun belə dediyini rəvayət etdi: Müaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. (Lakin Sədin onun əmrinə tabe olmadığını gördükdə) dedi: “Sənə Əbu Turabı (Əlini) söyməyə nə mane olur?"

Sad cavab verdi: Allah Rəsulu (s.ə.v) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı.

Müharibələrin birində Allahın Rəsulu (s.ə.v) onu öz yerinə canişin təyin etdikdə Əli ona dedi: Ey Allahın Peyğəmbəri! Məni qadın və uşaqlarların içərisində qoyub gedirsən? Allahın Rəsulu (s.ə.v) ona dedi: Məgər sən mənə olan nisbətinin Harunun Musaya olan nisbəti kimi olmasına razı deyilsən? Lakin bir fərqlə ki, məndən sonra peyğəmbərlik olmayacaqdır.

Xeybər (müharibəsi) günü (Peyğəmbərin) belə buyurduğunu eşitdim: Sabah bayrağı elə bir adama həvalə edəcəyəm ki, o, Allahı və Onun Peyğəmbərini sevir, Allah və Onun Peyğəmbəri də onu sevirlər. Nəhayət, (səhər açıldı və) biz (hansımızın bu şərəfə nail olacağını görmək üçün) bayrağa tərəf boylanıb durduq. Peyğəmbər (s.ə.v): Əlini mənim yanıma çağırın! – dedi. (Əli) onun yanına gəldi. Onun gözləri ağrıyırdı. (Peyğəmbər mübarək) ağzının suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı ona həvalə etdi”.

Həmçinin, “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı...” (Ali İmran, 61) – ayəsi nazil olduqda Allahın Rəsulu (s.ə.v) Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağırıb: “Allahım! Mənim ailəm bunlardır” – dedi.

Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, №2404; Dar İhyaul-Kutubil-Ərəbiyyə

Onlayn mənbə 1: islamweb, №2404(32)

Onlayn mənbə 2: hadith.al-islam.com, №2404(32)

Onlayn mənbə 3: imamu.edu.sa

 

Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.1129, №2404(32); Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi

Kitabı yükləmək üçün: ÜNVAN


 

Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.979, №2404(32); Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998

Kitabı yükləmək üçün: ÜNVAN 1, ÜNVAN 2


 

Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, s.1871, №2404(32); Dar İhyail-Kutubil-Ərəbiyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе