İbn Xuzeymə "əs-Səhih" kitabında nəql edir:
ثنا علي بن مسلم ، ثنا خالد بن مخلد ، ثنا علي بن صالح ، عن ميسرة بن حبيب ، عن المنهال بن عمرو ، عن سعيد بن جبير قال : كنا مع ابن عباس بعرفة ، فقال لي : يا سعيد ما لي لا أسمع الناس يلبون ؟ فقلت : يخافون من معاوية قال : فخرج ابن عباس من فسطاطه ، فقال : لبيك اللهم لبيك ، فإنهم قد تركوا السنة من بغض علي
Əli b. Müslim bizə rəvayət etdi (və dedi): Xalid b. Məxləd bizə rəvayət etdi (və dedi): Əli b. Salih bizə Məysərə b. Həbibdən, o da Minhal b. Əmrdən, o da Səid b. Cubeyrdən onun belə dediyini rəvayət etdi: Mən Ərəfətdə İbn Abbasla bir yerdə idim. O (İbn Abbas) dedi: "Ya Səid, Niyə insanların təlbiyə1 deməklərini eşitmirəm?" Mən dedim: "Muaviyədən qorxduqları üçün." İbn Abbas çadırından çıxaraq dedi: "Ləbbeyk Allahummə Ləbbeyk, Ləbbeykə Allahummə Ləbbeyk, bu insanlar Əliyə nifrət etdiklərinə görə sünnəni tərk ediblər!"
İbn Xuzeymə, əs-Səhih, c.2, s.1334, №2830; əl-Məktəbə əl-İslami - Beyrut, 1424/2003
1 Təlbiyə - lüğətdə "əmrə əmadə olmaq" mənasındadır. Həcc termini olaraq "Ləbbeyk Allahummə Ləbbeyk" sözləri ilə başlayan duaları oxumaqdan ibarətdir.
Onlayn mənbə 1: islamweb, №2830
Onlayn mənbə 2: islamport (4/260, №2830)
Onlayn mənbə 3: kl28.com, №2830
Dr. Muhəmməd Mustafa əl-Azami kitabın haşiyəsində deyir: sənədi səhihdir.
Fotoşəkil: İbn Xuzeymə, əs-Səhih, c.2, s.1334, №2830; əl-Məktəbə əl-İslami - Beyrut, 1424/2003; təhqiq: Muhəmməd Mustafa əl-Azami və Muhəmməd Nasiruddin əl-Albani (nəşr 2 cilddə)
Kitabı yükləmək üçün: ÜNVAN
Fotoşəkil: İbn Xuzeymə, əs-Səhih, c.4, s.260, №2830; əl-Məktəbə əl-İslamiyyə - Beyrut, 1400/1980; təhqiq: Muhəmməd Mustafa əl-Azami və Muhəmməd Nasiruddin əl-Albani (nəşr 4 cilddə)
Kitabı yükləmək üçün: ÜNVAN