Mənzilət hədisi Səhih Buxaridə

عَنْ سَعْدِ بْنِ أَبِي وَقَاصِ، أَنَّ رَسُولَ اللهِ ﷺ خَرَجَ إِلَى تَبُوكَ، وَاسْتَخْلَفَ عَلِيًّا فَقَالَ أَتُخَلِّفُنِي فِي الصَّبْيَانِ وَالنِّسَاءِ قَالَ: أَلَا تَرْضَى أَنْ تَكُونَ مِنِّى بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى إِلَّا أَنَّهُ لَيْسَ نَبِيٌّ بَعدى


Səd ibn Əbu Vəqqas rəvayət edir ki, Peyğəmbər (s) Təbuka yola düşərkən Əlini (ə) öz yerinə başçı təyin etdi. Onda Əli (ə) dedi: "Doğrudanmı sən məni uşaqların və qadınların yanında qoyub getmək istəyirsən?!" Peyğəmbər (s) buyurdu: "İstəmirsən ki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?! Fəqət məndən sonra peyğəmbər gəlməyəcək".

Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 671, hədis 1690. Tərcümə edən: Əlixan Musayev.

 

Bu hədisdəki Peyğəmbərin (s) kəlamında peyğəmbərliyin istisna edilməsi, İmam Əlinin (ə) Harunun (ə) bütün səlahiyyətlərinə malik olmasından xəbər verir. Bəs Allah Rəsuluna (s) nisbətdə belə bir məqamın mənası nə idi?

Allah-Təala Qurani-Kərimdə Hz Musanın (ə) belə dediyini buyurur:

وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي، هَارُونَ أَخِي

1) “Ailəmdən mənə bir vəzir və yardımçı ver, qardaşım Harunu”. (Taha surəsi, 29 və 30)

- Deməli, İmam Əli (ə) Allan Rəsulunun (s) vəziridir.


اشْدُدْ بِهِ أَزْرِي

2) “Arxamı onunla möhkəmləndir”. (Taha surəsi, 31)

- Deməli, İmam Əli (ə) Allan Rəsulunun (s) arxa-dayağıdır.


وَأَشْرِكْهُ فِي أَمْرِي

3) “Və onu işimə şərik et”. (Taha surəsi, 32)


- Harun (ə) Musaya (ə) risalətdə şərikdir. Həmçinin İmam Əli (ə) də risalətdə Peyğəmbərə (s) şərikdir. Sadəcə İmam Əli (ə) peyğəmbər deyil. Deməli, İmam Əli (ə) Allah Rəsuluna (s) dini dirçəltməkdə və bu risalətin yükünü daşımaqda şərikdir.


وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً  وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

4) “Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!” (Əraf surəsi, 142).


Deməli, Harunun (ə) Musaya (ə) olan nisbətlərindən biri də xəlifəlikdir. Eləcə də İmam Əli (ə) Allah Rəsulunun (s) xəlifəsidir.

 

(c) t.me/imamrza_xadimi

 

  

В этом разделе