Kərbəla hadisəsi zamanı Küfə əhlinin çoxu şiə idi ya sünni? - İbn Teymiyyə

O dövrdə Kufə xalqının əksəriyyətinin əhli-sünnə olduğunu hədis imamlarından olan Əbu İshaq əs-Səbii də təsdiqləmişdir və bunu Əbu İshaqdan ibn Bəttə rəvayət etmişdir.

Sələfilərin Şeyxul-İslam dedikləri İbn Teymiyyənin “Minhacus-Sunnə” kitabından:

وروى ابن بطة عن شيخه المعروف بابي العباس بن مسروق حدثنا محمد بن حميد حدثنا جرير عن سفيان عن عبد الله بن زياد بن جدير قال: قدم ابو اسحاق السبيعي الكوفة قال لنا شمر بن عطية: قوموا اليه فجلسنا اليه فتحدثوا فقال ابو اسحاق: خرجت من الكوفة وليس احد يشك في فضل ابي بكر وعمر وتقديمهما وقدمت الان وهم يقولون ويقولون ولا والله ما ادري ما يقولون

İbn Bəttə, Əbul Abbas ibn Məsruk deyə tanınan müəlliminin belə dediyini nəql edir: “Mənə Muhəmməd ibn Humeyd danışdı, dedi ki: “Cərir mənə Sufyandan, o da Abdullah ibn Ziyad ibn Hudeyrdən belə danışdı: “Əbu İshaq əs-Səbii Kufəyə gəldi. Şemr ibn Ətiyyə, birlikdə yanına getməyimizi istədi. Yanına getdik və söhbət etdik. Əbu İshaq belə dedi: “Mən Kufədə ikən istisnasız olaraq bütün Kufə əhli Əbu Bəkr və Ömərin fəzilətlərinə inanır və onları sair əshabdan üstün tuturdular. İndi isə danışdıqları qədər danışırlar. Vallah nə dediklərini başa düşə bilmirəm”.

İbn Teymiyyə, “Minhacus-Sunnə”, cild 6, səhifə 135-136. 

  

 

 

Əbu İshaq əs-Səbii əhli-sünnənin məşhur hədis imamlarındandır və tabeindir. İmam Əli (ə) və digər bəzi səhabələri görüb. Yəni Əbu İshaq əs-Səbii İmam Əli (ə) İmam Həsən (ə) və İmam Huseyn (ə) dövrlərini görüb, onlara şahid olmuş biridir. Məhz bu şəxs o dövrdə Kufə xalqının Əbu Bəkr və Ömərin fəzilətinə inandıqlarını və bu ikisini hər kəsdən üstün bildiklərini yəni Kufəlilərin sünni olduğunu bildirir.

 

Əlavə olaraq Sələfilərin Şeyxul-İslam dedikləri İbn Teymiyyənin “Minhacus-Sunnə” adlı kitabından:

وليس كل من قاتل مع على كان يفضله على عثمان بل كان كثير منهم يفضل عثمان عليه كما هو قول سائر أهل السنة

“Əli ilə birlikdə döyüşənlərin (yəni Küfə əhlindən olanların) hamısı Əlini Osmandan üstün bilmirdilər. Əksinə, onların əksəriyyəti əhli-sünnə kimi Osmanı Əlidən üstün bilirdilər”.

İbn Teymiyyə, “Minhacus-Sunnə”, cild 4, səhifə 132. 

 

 

В этом разделе