Əbu Hatim Muhəmməd ibn İdris ər-Razinin “əl-Mərasil” kitabı. Kitabı yazan onun oğlu Əbu Muhəmməd Əbdür-Rəhmandır, atasından nəql edir. İmam Hüseynin (əleyhis-səlam) tərcümeyi-halında, “ha” babında səhifə 27-də (rəqəm №43) deyir:
الْحُسَينُ بْنُ عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُمَا
سَمِعْتُ أَبِي يَقُولُ حُسَيْنُ بْنُ عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ رِضْوَانُ اللَّهِ عَلَيْهِمَا لَيْسَتْ لَهُ صُحْبَةٌ
Hüseyn ibn Əli ibn Əbi Talib radiyallahu anhuma. Atamın (yəni, Əbu Hatimin) belə dediyini eşitdim: Hüseyn ibn Əli ibn Əbi Talibin (ridvanullahi aleyhima) səhabəliyi olmamışdır!
Qiblə əhlinin icmasının ziddinə gedib. Hətta siz məsələn xristiandan belə soruşsanız ki, Peyğəmbərin (sallallallahu əleyhi və alihi və səlləm) nəvəsi Hüseyn ibn Əli səhabə olub? Dərhal sizə cavab verər ki bəli. Heç kəs bu barədə şübhə etmir. Lakin İmam Hüseynin şəxsiyyəti barədə təzadlı fikirlər söyləyən bu alimin bu işi çox əcaib və qəribədir.
313news.net