Maidə surəsi, 67 - imam Əli (ə) haqqında nazil olub

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əziz qardaşlarımız Qurani-Kərim işığında Əhli-Beytin (ə.s) vilayətinin dəlillərini sizə təqdim etməyə davam edirik. Bu çalışmamızda “Təbliğ ayəsi” dediyimiz Maidə surəsinin 67-ci ayəsi haqqında əhli sünnə mənbələrindən hədislər çatdıracağıq. Allah (c.c) bu ayədə buyurur ki:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun verdiyi peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz.

Maidə surəsi 67-ci ayə

Bu ayə Qədir-Xum günü nazil olmuşdur və ayədə “Rəbbindən sənə nazil olanı” ifadəsi ilə imam Əli (ə.s)-ın xilafəti nəzərdə tutulmuşdur. Bu barədə şiə və sünni mənbələrində səhih sənədlərlə Əhli-Beyt (ə.s) və səhabə (r.ə)-dan hədislər rəvayət edilmişdir. Burada onlardan bir neçəsini çatdıracağıq.

 

Əhli-Sünnə mənbələrində də bu ayənin Qədir-Xum günü nazil olduğunu göstərən hədislər mövcuddur. Bu hədisləri ibn Əbu Xatəm və ibn Mərdəveyh kimi əhli sünnənin böyük hədis alimləri və hafizləri rəvayət etmişdirlər.

teblig-ibni-ebi-hatem teblig-ibni-ebi-hatem1

Şəkildə gördüyünüz əhli sünnə alimi ibn Əbu Hatəmin “Təfsiri ibn Əbi Hatəm” adlı kitabıdır, işarə etdiyim yerdə bu ifadələr var:

حَدَّثَنَا أبي ثنا عثمان بن حرزاد، ثنا إِسْمَاعِيلُ بْنُ زَكَرِيَّا، ثنا عَلِيُّ بْنُ عَابِسٍ عَنِ الأَعْمَشِ ابنى الْحجابِ، عَنْ عَطِيَّةَ الْعَوْفِيِّ عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ:نَزَلَتْ هَذِهِ الآيَةُ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ فِي عَلِيِّ بْنِ أَبِي طَالِبٍ

Mənə atam rəvayət etdi, dedi ki: Mənə Osman b. Hərzad rəvayət etdi, dedi ki: Mənə İsmayıl b. Zəkəriyyə rəvayət etdi, dedi ki: Əli b. Abis mənə Aməş və Əbu Hacibdən, o Atiyyə əl-Uvfidən, o da Əbu Səid əl-Hudridən rəvayət etdi, dedi ki: “”Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et”. (Maidə, 67) ayəsi Əli b. Əbu Talib haqqında enmişdir”.

İbn Əbu Xatəm, “Təfsiri-ibni Əbu Xatəm”, 4/1172, hədis 6609

Hədisi ibn Əsakir “Tarixi-Dəməşq”, 42/237-də və Vahidi “Əsbab ən-Nüzul”, səhifə 115-də Əli b. Abisə qədər öz sənədləri ilə ondan sonra isə ibn Əbi Hatəmin sənədi ilə rəvayət etmişdirlər. Burada hədisin sənədi haqqında bunu deməyi lazım bilirik ki, “Təfsiri ibni Əbi Hatəm” kitabında bu hədisin sənədi “Aməş b. Hacib” şəklində keçir. Halbuki Aməş ilə ibn Hacib ikisi eyni təbəqədə olan 2 ayrı ravidirlər. Yəni doğrusu, burada “Aməş b. Hacib ” deyil, ” Aməş və ibn Hacib” şəklində olmalıdır. Necəki ibn Əsakir və Vahidinin kitablarında da bu şəkildədir.

Hədisin səhihliyinə gəlincə, hədisin raviləri siqa (etibarlı) və sənədi müttəsildir. Təfsirin müəllifi olan ibn Əbu Hatəm özü kitabının müqəddiməsində təfsirinə ancaq səhih hədisləri aldığını bildirmişdir, bax: İbn Əbu Xatəm, “Təfsiri-ibni Əbu Xatəm”, səhifə 14

Yenə başqa bir əhli sünnə alimi olan əs-Suyuti bu ayənin təfsirində həm ibn Əbi Hatəmi rəvayət etdiyi hədisi və həmdə bir başqa hədisi rəvayət etmişdir. Əs-Suyuti ayənin təfsirində deyir ki:

وأخرج ابن أبي حاتم وابن مردويه وابن عساكر عن أبي سعيد الخدري قال: نزلت هذه الآية يا أيها الرسول بلغ ماأنزل اليك من ربك على رسول الله صلى الله عليه وسلم يوم غدير خم في علي بن أبي طالب

İbn Əbi Xatəm, ibn Mərdəveyh və ibn Əsakir Əbu Səid əl-Xudridən belə rəvayət etmişlər: “Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et” ayəsi Qədir-Xum günü Əli b. Əbu Talib haqqında enmişdir.

وأخرج ابن مردويه عن ابن مسعود قال: كنا نقرأ على عهد رسول الله صلى الله عليه وسلم يا أيها الرسول بلغ ماأنزل اليك من ربك ان عليا مولى المؤمنين وان لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس

İbn Mərdəveyh Abdullah b. Məsud (r.ə)-ın belə dediyini rəvayət etmişdir: Biz Rasulullah zamanında bu (Maidə 67-ci) ayəni belə oxuyardıq: “Ey Rəsul! Rəbbindən sənə nazil olanı, Əlinin möminlərin mövlası olduğunu təbliğ et”

Süyuti, “əd-Durrul-Mənsur”, Maidə surəsi 67-ci ayənin təfsiri hissəsi

 

Vəlhamdulillahi Rəbbil aləmin.

 

(c) saqaleyn.wordpress.com

В этом разделе