BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Əziz bacı və qarşdalar, bilindiyi kimi Quranda Əhli Beyt a.s ilə əlaqədar olaraq nazil olmuş və yaxud müəyyən bir hadisə ilə bağlı olaraq nazil olmağına baxmayaraq içərisində Əhli Beyt a.s-a işarə edilmiş olan ayələr vardır. məsumlar a.s-dan nəql olunan hədislərdə belə ayələrin Quranın 1/4-ni təşkil etdiyi nəql olunmuşdur. sünnü mənbələrdə də həmçinin ibni Abbas r.a-dan Quranda imam Əli a.s haqqında 300-dən çox ayə olduğu nəql edilmişdir. belə ayələrdən biri Hud surəsinin 17-ci ayəsidir. Allah azzə və cəllə bu ayədə buyurur:
أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِنْهُ
Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)?!
bu mübarək ayədə “Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan” ifadəsi ilə Rəsulullah s.a.a, “Rəbbindən bir şahid” ifadəsi ilə isə Hz. Əli a.s qəsd edilmişdir. və bu təfsir həm şiə və həmdə sünnü mənbələrdə məsumlar a.s-dan səhih sənədlərlə nəql olunmuşdur. indi bunlardan bir neçəsini sizlərə təqdim edirik.
1. sünni mənbəli hədislər: ayənin təfsiri haqqında əhli sünnə alimlərindən ibni Əbi Hatim, ibni Əsakir, ibni Mərdəveyh və başqaları səhabədən ibni Abbas və imam Əli a.s-dan hədislər rəvayət etmişdir.
şəkildə gördüyünüz əhli sünnə hədis, rical və təfsir alimi ibni Əbi Hatəmə “Təfsiri ibni Əbi Hatim” deyə məşhur olan Qurani Kərim təfsiridir. işarələnilmiş yerdə bu ifadələr var:
ذكر ذكر عن الحسين بن يزيد الطحان, ثنا إسحاق بن منصور, ثنا قيس, عن الأعمش, عن المنهال, عن عباد بن عبد الله, قال: قال علي: ما في قريش من أحد إلا وقد نزلت فيه أية مثل ما نزل فيك, قال: ويتلوه شاهد منه
…Abbad b. Abdullah dedi ki: Əli belə dedi: “Qureyşli heç bir kimsə yoxdur ki, haqqında Quran ayəsi nazil olmamış olsun” (ona)”sənin haqqında hansı ayə nazil oldu?” deyilincə (Əli) dedi ki: “Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan və Rəbbindən bir şahidin izlədiyi kimsə (dünyaya meyl edənlər kimi ola bilərmi)” (Hud, 17)
ibni Əbu Hatim, “Təfsiri ibni Əbu Hatim”, 6/2014-2015, hədis 11612
ayənin təfsiri hakkında əhli sünnə mənbələrində nəql edilmiş digər hədisləri bir başqa əhli sünnə alimi olan Suuyuti “Əd-Durrul Mənsur” adlı təfsir kitabında toplamışdır, suyuti ayənin təfsirində deyir:
وأخرج ابن مردويه وابن عساكر عن علي رضي الله عنه في الآية قال: رسول الله صلى الله عليه وسلم على بينة من ربه وأنا شاهد منه
ibni Mərdəveyh və ibni Əsakir belə rəvayət etmişdir: Əli r.a bu ayə haqqında dedi: “Rəsulullah s.a.a açıq-aydın bir dəlilə əsaslanandır və mən də ondan (Allah c.c-dan) olan şahidəm”
Suyuti, “əd-Durrul Mənsur”, Hud 17-ci ayənin təfsiri
1-1. isnad analizi: görüldüyü kimi ayənin təfsiri haqqında əhli sünnə qaynaqlarında da müxtəlif sənədli hədislər rəvayət edilmişdir. Biz burada ibni Əbu Hatimin rəvayət etdiyi hədisin sənədində araşdırmaqla kifayətlənəcəyik.
Abbad b. Abdullah (عباد بن عبد الله): Hədisimizin ilk ravisidir, siqa (güvənilir) bir ravidir. Nəsai, ibni Sad, ibni Hibban və əl-İcli onun güvənilir olduğunu təsdiqləmişdirlər. əl-İcli onun haqqında deyir:
əl-İcli, “Mərifət əs-siqat”, 2/17, 840-cı ravi
sünni rical alimlərindən ibni Hibban da Abbad b. Abdullahın sika (güvənilir) olduğunu təsdiqləyərək onu “əs-Siqat (güvənilirlər)” kitabına daxil etmişdir: ibni Hibban, “əs-Siqat”, 5/141, 4268-ci ravi
bir başqa sünni hədis və rical alimi Təbəri “Təhzibul Əsər” adlı kitabında Munhil b. Amr -> Abbad b. Abdullah -> imam Əli a.s -> Rəsulullah s.a.a sənədi ilə gələn bir hədisi rəvayət etdikdən sonra hədis haqqında deyir:
Təbəri, “Təhzibul Əsər”, 4/55-56, 1367-ci hədis
yəni Təbəriyə görə Abbad b. Abdullah siqa (güvəilir)-dir. əgər əhli sünnə Abbad b. Abdullahı Buxari və Əli əl-Mədəninin cərh etdiyində görə etiraz etsələr cavab olaraq deyərik ki, əvvəlcə bu cərh mübhəmdir, müfəssər deyil ona görə qəbul edilməz. ikinci olaraq, hətta bu cərhlərin doğruluğunu fərzetsək belə bu hədisi zəif deyil, həsən səviyyəsinə salar.
Munhil b. Əmr (المنهال ابن عمرو): Hədisimizin ikinci ravisi olan bu şəxs də əhli sünnə nəzdində güvənilir bir ravi, əz-Zəhəbi onun haqqında deyir:
وثقه يحيى بن معين وغيره, وقال الدارقطني: صدوق
Yəhya b. Main və başqaları güvənilirliyini təsdiq etmişdirlər və Daraqutni deyib: “sadiqdir”
əlavə olaraq bunu da qeyd edək ki, Munhil b. Əmr “Səhihi Müslim”dən başqa Kutubu sittə kitablarının ravisidir.
Aməş (الاعمش): Hədisin üçüncü ravisi və böyük əhli sünnə alimidir, əz-Zəhəbinin onun haqqında saydığı ləqəblər belə kim olduğunu göstərmək üçün kifayətdir:
əz-Zəhəbi, “Siyər”, 6/226, 110-cu ravi
əgər Aməşin bu hədisi muanan ilə rəvayət etdiyi, özünün müdəlləs olduğu və müdəlləsin də muanan hədisinin qəbul edilmədiyi cəhətdən etiraz edilsə onda deyirik: Aməşin müdəlləs (hədisdə tədlis edən) olduğu və müdəlləsin (hədisdə tədlis edənin) də muanan hədisinin qəbul edilməyəcəyi doğrudur ancaq Aməşin hədisi yenə də səhihdir. çünki sünnülər nəzərində Aməşin tədlisi məqbuldur. məsələ haqqında Əbu Davud deyir:
Əbu Davud, “Sualatul Əhməd”, səhifə 138
Qeys (قيس بن الربيع): əvvəlki ravilər kimi güvənilir bir ravidir. əl-Mizzi onun haqqında deyir:
وقال حاتم (2) بن الليث الجوهري, عن عفان: كان قيس ثقة يوثقه الثوري, وشعبة
və Hatim b. Leys əl-Cövhəri Əffandan rəvayət edərək dedi: “Qeys siqa (güvənilir)-dir, (Süfyan) əs-Səvri və Şöbə onun güvənilirliyini təsdiq etmişdirlər”
əl-Mizzi, “Təhzib əl-Kamal”, 24/25, ravi 4903
İshaq b. Mənsur (إسحاق بن منصور): əhli sünnə mənbələrində özündən hədis rəvayət edilmiş və əhli sünnənin böyük rical alimləri onun güvənilirliyini təsdiq etmişdirlər. Şeyximiz Təbəsi r.a sünnü mənbələrdə özlərindən hədis rəvayət edilmiş olan şiə ravilerin bografisini əhtə edən kitabında onun haqqında bu məlumatları verir:
قال العجلي: كوفي, ثقة
وقال ابن حجر: صدوق
وقال عثمان بن سعيد الدارمي, عن يحيى بن معين: ليس به بأس
İcli dedi ki: “Kufəlidir, siqa (güvənilən)-dir”
ibni Həcər dedi ki: “sadiqdir”
Osman b. Səid əd-Daramı Yəhya b. Main rəvayət etdi ki: “ondan problem yoxdur”
رواياته في الكتب الستة
صحيح البخاري, ومسلم, وسنن أبي داود
Səhihi Buxari, Səhihi Müslim və Sünəni Əbu Davud’da ondan rəvayət edilmişdir.
Şeyx Təbəsi r.ə, “Ricaluş Şiə fi əsanid əs-Sünnə”, səhifə 44, 6-cı ravi
Hüseyn b. Yezid ət-Tahhan (الحسين بن يزيد الطحان): Hədisin sonuncu ravisidir və güvənilirdir. əl-Mizzi onun haqqında deyir:
وذكره ابن حاتم في الثقات
ibni Hibban “əs-Siqat (güvənilirlər)” kitabında zikr etmişdir.
əl-Mizzi, “Təhzib əl-Kamal”, 6/500-501, 1349-cu ravi
əgər əhli sünnə Hüseyn b. Yezid haqqında Əbu Hatimin “leyyin” dediyində görə etiraz etsə cavab olaraq deyirəm: Əbu Hatim ravileri cərh etməkdə şiddətli davranmaqdadır və buna görə onun cərh hökmü verdiyi ravi bir başqası tərfindən təvsiq edilsə bu tövsiqə edənə etibar edilər. sufi mühəddis Məmduh təvəssül haqqındakı kitabında bu mövzuda deyir:
Mahmud Səid Məmduh, “Rəfaə münazəra”, səhifə 138
əlavə olaraq bunu da bildirmək istəyirəm ki, ibni Əbu Hatim özü təfsirinin müqəddiməsində (səhifə 14) kitabına ancaq səhih hədislər aldığını bəyan etmişdir, bax: ibni Əbu Hatim, “Təfsiri ibni Əbu Hatim”, səhifə 14
yəni ibni Əbu Hatimin şəhadətinə görə bu hədis səhihdir, biz isə ən azı həsən olduğunu deyirik.
Vəlhəmdulillahi Rəbbil aləmin.
(c) saqaleyn.wordpress.com