Peyğəmbər (s.ə.a) Əbu Bəkr və Ömərin təkliflərini rədd edir (Muqbil ibn Hadi)

Muqbil ibn Hadi əl-Vadii, "əl-Cami əs-Səhih mimma leysə fi əs-sahiheyn", cild 3, səhifə 58:

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ الْحُسَيْنِ بْنِ وَاقِدٍ ، عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : خَطَبَ أَبُو بَكْرٍ ، وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا فَاطِمَةَ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "إِنَّهَا صَغِيرَةٌ ، فَخَطَبَهَا عَلِيٌّ ، فَزَوَّجَهَا مِنْهُ ".

Bizə əl-Hüseyn ibn Hureys rəvayət etdi və dedi: əl-Fəzl ibn Musa bizə əl-Hüseyn ibn Vaqiddən, o da Abdullah ibn Bureydədən, o da öz atasından nəql edərək deyir: "Əbu Bəkr və Ömər Fatiməyə elçi düşdülər. Allah Rəsulu (sallallahu əleyhi [və əla alihi] və səlləm) dedi: "O (hələ) kiçikdir." (Lakin) Əli ona elçilik etdi və Allah Rəsulu onu Əli ilə evləndirdi."

Muqbil Hadi əl-Vadii deyir: “Bu, səhih hədisdir. Raviləri “əs-Səhih”in raviləridir.”

 

Fotoşəkil: Muqbil ibn Hadi əl-Vadii, əl-Cami əs-Səhih mimma leysə fi əs-sahiheyn, c.3, səh.58; Məktəbə İbn Teymiyyə, Qahirə, Misir, 1416/1995

В этом разделе