Peyğəmbər (s.ə.a) Əbu Bəkr və Ömərin təkliflərini rədd edir (Əhməd əl-Baluşi)

Nisai öz "Xəsais" adlı kitabında nəql edir:

أخبرنَا الْحُسَيْن بن حُرَيْث قَالَ أخبرنَا الْفضل بن مُوسَى عَن الْحُسَيْن بن وَاقد عَن عبد الله بن بُرَيْدَة عَن أَبِيه قَالَ خطب أَبُو بكر وَعمر فَاطِمَة فَقَالَ رَسُول الله صلى الله عَلَيْهِ وَسلم إِنَّهَا صَغِيرَة فَخَطَبَهَا عَليّ فَزَوجهَا مِنْهَا


Bizə əl-Hüseyn ibn Hureys xəbər verdi (və dedi): əl-Fəzl ibn Musa bizə əl-Hüseyn ibn Vaqiddən, o da Abdullah ibn Bureydədən, o da öz atasından nəql edərək deyir: "Əbu Bəkr və Ömər Fatiməyə elçi düşdülər. Allah Rəsulu (sallallahu əleyhi [və əla alihi] və səlləm) dedi: "O (hələ) kiçikdir." (Lakin) Əli ona elçilik etdi və Allah Rəsulu onu Əli ilə evləndirdi."

Kitabın mühəqqiqi Əhməd Mirin əl-Baluşi rəvayətin sənədinin səhih, ravilərinin siqə (güvənilən) şəxslər olduğunu bildirmişdir.

 

Fotoşəkil: Əhməd ibn Şueyb ən-Nisai, Xəsais Əmir əl-Muminin Əli ibn Əbi Talib, səh. 136-137, h.123; təhqiq: Əhməd Mirin əl-Baluşi, Məktəbə əl-Məla, Kuveyt, 1406/1986

В этом разделе