Həriz b. Osman əl-Himsi (digərlərinin rəyi)

İbn Həcər əl-Əsqəlani "Təhzib əl-Təhzib" kitabında yazır:

وقال معاذ ابن معاذ حدثنا حريز بن عثمان ولا أعلم اني رأيت بالشام أحدا أفضله عليه وقال الآجري عن أبي داود شيوخ حريز كلهم ثقات. قال وسألت أحمد بن حنبل عنه فقال ثقة ثقة... وقال دحيم حمصي جيد الاسناد صحيح الحديث وقال أيضا ثقة وقال المفضل بن غسان ثبت... وقال أحمد بن أبي يحيى عن أحمد حريز صحيح الحديث إلا أنه يحمل على علي... وقال العجلي شامى ثقة وكان يحمل على علي وقال عمرو بن علي كان ينتقص عليا وينال منه وكان حافظا لحديثه وقال في موضع آخر ثبت شديد التحامل على علي... وقال الحسن بن علي الخلال عن يزيد نحو ذلك وزاد سألته أن لا يذكر لي شيئا من هذا مخافة أن يضيق على الرواية عنه وقال الحسن بن علي الخلال سمعت عمران ابن اياس سمعت حريز بن عثمان يقول لا أحبه قتل آبائي يعني عليا... وقال ابن حبان كان يلعن عليا بالغداة سبعين مرة وبالعشي سبعين مرة

Buxarinin “Səhih”ində və 4 Sünən (yəni, Sünən Əbu Davud, Sünən əl-Tirmizi, Sünən əl-Nəsai, Sünən ibn Macə) rəvayətləri var... Məa’z b. Məaz deyir: Həriz b. Osman bizə rəvayət etdi: Zənn etmirəm ki, Şamda ondan yaxşısını görmüş olum. əl-Acuri deyir: Əbu Davud dedi ki, Harizin bütün şeyxləri siqədir. Əhməd b. Hənbəldən Hariz barədə soruşdum, cavabında dedi: “Siqə Siqə” ... Duheym dedi: “Sənədi güclü və hədisi səhihdir”, həmçinin dedi: “Siqədir”. əl-Mufaddal b. Ğəssan dedi: “Səbtdir” ... Əhməd b. Əbi Yəhya rəvayət edir ki, Əhmədin (ibn Hənbəl) dedi: “Harizin hədisi səhihdir, lakin o, Əli barədə pis danışardı”... əl-İcli dedi: “Şamlıdır, siqədir, Əliyə nifrət edirdi.” Əmr b. Əli dedi: “O, Əlini pisləyir və söyürdü. Halbuki hədis hafizi olub”. Başqa bir yerdə isə deyib ki, “Səbtdir, Əliyə söyüş söyənlərdən olub”... Həsən b. Əli əl-Xəllal da Yəziddən buna oxşar və daha çox söz nəql edib. Ondan xahiş etdim ki, mənə bu barədə bir şey deməsin. Çünki, onun rəvayətlərinə bədbin olmaqdan qorxurdum. Həsən b. Əli əl-Xəllal deyir ki, İmran b. Əyas deyir ki, Həriz b. Osmanın belə dediyini eşitdim: “Mən onu (yəni, Əlini) sevmirəm, mənim ata-babamı öldürüb... İbn Hibban rəvayət edir: “O Əliyə 70 dəfə gündüz, 70 dəfə də gecə lənət edərdi”.

İbn Həcər əl-Əsqəlani, Təhzib əl-Təhzib, c.2, s.207-210, №436

Onlayn mənbə 1: islamport

Onlayn mənbə 2: kl28.com

Onlayn mənbə 3: shamela

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Təhzib əl-Təhzib, c.2, s.207-210, №436; Müəssisə ər-Risalə, 1425; təhqiq: İbrahim əz-Zeybəq və Adil Murşid

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе