Hər kim mənim qəbrimi ziyarət etsə, şəfaətim ona vacib olar! (ibn əl-Muləqqin)

Əbu Həfs ibn əl-Muləqqin "əl-Bədr əl-munir fi təxric əl-əhədis və əl-əsər əl-vaqiə əş-şərh əl-kəbir" kitabında yazır:

فَرَوَاهُ بِنَحْوِهِ الدَّارَقُطْنِيّ (عَن) القَاضِي الْمحَامِلِي نَا عبيد الله بن مُحَمَّد الْوراق ، ثَنَا مُوسَى بن هِلَال الْعَبْدي ، عَن عبيد الله بن عُمر ، عَن نَافِع ، عَن ابْن عُمر مَرْفُوعا : «مَنْ زار قَبْرِي وجبتْ لَهُ شَفَاعَتِي» وَهَذَا إِسْنَاد جيد

əd-Darəqutni, əl-Qazi əl-Məhamilidən rəvayət edir ki, bizə Ubeydullah b. Muhəmməd əl-Vərraq rəvayət etdi, bizə Musa b. Hilal əl-Abdi, Ubeydullah b. Ömərdən, o da Nafidən, o da İbn Ömərdən mərfu şəkildə rəvayət etmişdir: Hər kim mənim qəbrimi ziyarət etsə, şəfaətim ona vacib olar. Bu hədisin sənədi ceyyiddir (güclüdür).

Əbu Həfs ibn əl-Muləqqin, əl-Bədr əl-munir fi təxric əl-əhədis və əl-əsər əl-vaqiə əş-şərh əl-kəbir, c.6, s.296; Nəşr ili: 1425/2006; təhqiq: Mustafa Əbul-Ğayt Əbdül-Hay, Muhəmməd Abdullah b. Süleyman və Yasir b. Kamal

Onlayn mənbə 1: shamela

 

Əbu Həfs ibn əl-Muləqqin, əl-Bədr əl-munir fi təxric əl-əhədis və əl-əsər əl-vaqiə əş-şərh əl-kəbir, c.6, s.296; Dar əl-hicrə lil-nəşr və əl-təuzi, 1425/2006; təhqiq: Mustafa Əbul-Ğayt Əbdül-Hay, Muhəmməd Abdullah b. Süleyman və Yasir b. Kamal

Kitabı yükləmək üçün: ÜNVAN və ya BURADAN

В этом разделе