Əhməd b. Hənbəl "Müsnəd" kitabında yazır:
حدثنا عبد الله حدثني أبي ثنا وكيع حدثني عكرمة بن عمار عن سالم عن بن عمر قال : خرج رسول الله صلى الله عليه و سلم من بيت عائشة فقال رأس الكفر من ههنا من حيث يطلع قرن الشيطان
تعليق شعيب الأرنؤوط : صحيح وهذا إسناد حسن
Bizə Abdullah rəvayət etdi ki, mənə atam rəvayət etdi və dedi: bizə Vəki rəvayət etdi və dedi: mənə İkrimə b. Ammar, Səlimdən rəvayət etdi ki, İbn Ömər dedi: Rəsulullah (s) Aişənin evindən çıxaraq belə buyurdu: "Küfrün başı buradan çıxacaqdır. Şeytanın buynuzun çıxacağı yer buradır."
Şueyb əl-Arnaut dedi: Səhihdir və bu sənəd həsəndir.
Əhməd b. Hənbəl, əl-Müsnəd, c.2, s.23, №4751, Müəssisət Qurtubi - Qahirə; təhqiq: Şueyb əl-Arnaut
Onlayn mənbə 1: islamport (c.2, s.23, №4751)
Onlayn mənbə 2: shamela (c.2, s.23, №4751)
Şeyx Əhməd Muhəmməd Şakir bu hədisin səhih olduğunu bildirmişdir.
Fotoşəkil: Əhməd b. Hənbəl, əl-Müsnəd, c.4, s.383, №4751; Dar əl-Hədis - Qahirə; təhqiq: Əhməd Muhəmməd Şakir
Həmçinin, Şeyx Şueyb əl-Arnaut bu hədisin səhih olduğunu bildirmişdir.
Fotoşəkil: Əhməd b. Hənbəl, əl-Müsnəd, c.8, s.373, №4751; Muəssisə ər-Risalə - Beyrut; təhqiq: Şueyb əl-Arnaut