"Tarixçilərin şeyxi" ("Şeyxül-muarrixin") ləqəbi ilə məşhur olan şafei məzhəbli əhli-sünnə alimi Təqiyuddin əl-Məqrizi Əməvilərin cinayətlərindən danışarkən yazır:
فقد عرَفنا كيفَ كان أبو سفيان فى عداوتِه للنبى صلى الله عليه وسلّم وفى محاربتِه وفى إجلابِه عليه وغزوِه إيّاه ، وعرَفنا إسلامَه كيف أسلم ، وخلاصَه كيف خلَص ، على أنه إنما أسلمَ على يد العباس رضى الله عنه ، والعباس هو الذي منَع الناسَ مِن قتله ، وجاء به رَديفا إلى النبي صلى الله عليه وسلّم ، وسأل أن يشرّفه وأن يكرِمه وبنيِه به...
... فكان جزاءُ ذلك مِن بنيه أن حَاربوا عليا ، وسَمّوا الحسن ، وقتَلوا الحسين ، وحمَلوا النساءَ على الأقتاب حَواسِر ، وكشَفوا عن عورة علي بن الحسين حين أشكلَ عليهم بلوغُه كما يُصنع بذَراري المشركين إذا دُخِلت ديارهم عَنْوةً
وبعَث معاويةُ بن أبى سفيان إلى اليَمَن بسرَ بن أرْطَاة فقتَل ابني عبيدِ الله ابن عباس وهما غُلامان لم يبلُغا الحُلُمَ
Biz Əbu Süfyanın Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) necə ədavət bəslədiyini bilirik: Peyğəmbərlə döyüşər, onun üzərinə qoşun çəkər, müşrikləri onun üzərinə salardı. Onun necə müsəlman olduğunu və necə xilas olduğunu da bilirik: o, məhz Abbasın (Allah ondan razı olsun) əli ilə müsəlman olmuşdu. Camaatın onu öldürməsinə imkan verməyən şəxs məhz Abbas idi. O, Əbu Süfyanı miniyinin tərkinə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gətirmiş, Peyğəmbərdən onu qəbul etməsini, onu və övladlarını bağışlamasını istəmişdi...
Amma onun övladlarının bu yaxşılıq qarşısında verdikləri əvəz başqa cür oldu. Onlar Əli ilə müharibə apardılar, Həsəni zəhərlədilər, Hüseyni qətlə yetirdilər, qadınları baş-qolları açıq vəziyyətdə dəvələrə mindirdilər, Əli ibn Hüseynin (Zeynül-Abidinin) həddi-büluğa çatıb-çatmadığını müəyyənləşdirmək üçün, eyniylə döyüş yolu ilə ölkələrinə girilən müşriklərin ailə üzvlərinə edildiyi kimi, övrətini açdılar. Müaviyə ibn Əbu Süfyan (səhabə olan) Busr ibn Ərtəəni Yəmənə göndərdi, o da orada (Əlinin Yəmən valisi) Übeydullah ibn Abbasın həddi-büluğa çatmayan iki oğlunu öldürdü.
Fotoşəkil: Təqiyyuddin əl-Maqrizi, "ən-Niza vət-təxasum", səh.27-28; "Darul-Məarif", Qahirə
Növbəti səhifələrdə Əməvilərin müsəlmanlara qarşı əməllərinin təhlili zamanı Hind bint Utbədən danışdıqdan sonra deyir (səh.51):
وهي أمُّ معاويةَ بن أبي سفيانَ الذي قاتلَ علي بن أبي طالب رضي لله عنه ، وأخَذ الخلافةَ مِن الحسن بن علي رضي الله عنهما ، واستلحَق زيادَ بن سُمَيَّة مِن زَنْيَةٍ ، واستخلَف على الأمة ابنَه يزيدَ القُرُود ، ويزيدَ الخُمُور
Bu qadın, Əli ibn Əbu Taliblə döyüşən, xilafəti Həsən ibn Əlidən alan, zinadan dünyaya gələn Ziyad ibn Süməyyəni öz atasına aid edən və ümmətin başına oğlu meymunbaz və şərabxor Yezidi gətirən Müaviyə ibn Əbu Süfyanın anasıdır.
Səhifə 56-da yazır:
وأبو سفيان هذا هو أبو معاوية ، ولم يزَل بعدَ إسلامِه يعد هو وابنُه معاوية مِن المؤلّفة
Əbu Süfyan da Müaviyənin atasıdır. Müsəlman olduqdan sonra o və oğlu Müaviyə həmişə “muəlləfətun qulubuhum”-dan* hesab olunmuşlar.
* Qəlbləri islama isnişmədiyi və dərin imana sahib olmadıqları halda islamı qəbul edən şəxslər. Belə şəxslərə islama qarşı çıxmasınlar və cəmiyyətdə fitnə salmasınlar deyə, zəkatdan müəyyən miqdarda pul verilirdi.
Fotoşəkil: Təqiyyuddin əl-Maqrizi, "ən-Niza vət-təxasum", səh.51 və 56; "Darul-Məarif", Qahirə