Bəni-Üməyyənin Əhli-beytə (ə) qarşı zülmü (əl-Qurtubi)

Böyük əhli-sünnə imamlardan biri əl-Qurtubidir. Bu əl-Qurtubi “Təfsir” kitabının müəllifi olan əl-Qurtubi deyil, əksinə bu həmin əl-Qurtubinin imamı və şeyxidir.Əbul-Abbas Əhməd əl-Qurtubi “Əl-Mufhim” kitabı, 6-cı cild, səhifə 304-də deyir:

ومع ذلك فقابل بنو أمية عظيم هذه الحقوق بالمخالفة والعقوق، فسفكوا من أهل البيت دماءهم، وسبوا نساءهم، وأسروا صغارهم، وخرّبوا ديارهم، وجحدوا شرفهم، وفضلهم واستباحوا سبّهم، ولعنهم، فخالفوا رسول الله صلى الله عليه وسلّم في وصيته، وقابلوه بنقيض مقصوده وأمنيته، فواخجلهم إذا وقفوا بين يديه! ويا فضيحتهم يوم يعرضون عليه!

Buna baxmayaraq, Bəni-Üməyyə bu haqqların böyük hissəsinə müxalifət etmək və üzlərinə olmaqla əvəz verdi. Əhli-Beytin (üzvlərinin) qanlarını tökdülər, qadınlarını əsir etdilər, uşaqlarını əsir etdilər, evlərini xaraba qoydular, şərafətlərini və fəzilətlərini inkar etdilər, onları söyməyi mübah etdilər və onlara lənət etdilər. Beləcə Allah Rəsulunun (sallallahu əleyhi və [alihi və] səlləm) vəsiyyətinə xilaf çıxdılar. Ona onun istədiyi və dilədiyi şeyə zidd davranmaqla əvəz verdilər. Nə pis xəcalət çəkəcəklər onun hüzurunda dayandıqları zaman! Nə pis rüsvay olacaqlar (əməlləri) ona təqdim edildiyi gün!

 

 313news.net

 

В этом разделе