Əli haqq ilədir, haqq da Əli ilə (əl-Hakim və əz-Zəhəbi)

Hakim Nisaburi "Müstədrək əla əs-Səhiheyn" kitabında yazır:

حدثني أبو سعيد أحمد بن يعقوب الثقفي من أصل كتابه ثنا الحسن بن علي بن شبيب المعمري ثنا عبد الله بن صالح الأزدي حدثني محمد بن سليمان بن الأصبهاني عن سعيد بن مسلم الملكي عن عمرة بنت عبد الرحمن قالت : لما سار علي إلى البصرة دخل على أم سلمة زوج النبي صلى الله عليه و سلم فقالت : سر في حفظ الله و في كنفه فو الله إنك لعلى الحق و الحق معك و لولا أني أكره أن أعصى الله و رسوله فإنه أمرنا صلى الله عليه و سلم أن نقر في بيوتنا لسرت معك و لكن و الله لأرسلن معك من هو أفضل عندي و أعز علي من نفسي ابني عمر

Əbu Səid Əhməd b. Yaqub əs-Səqəfi öz kitabından nəql edir ki, bizə Həsən b. Əli b. Şəbib əl-Muammiri rəvayə etdi, bizə Abdullah b. Salih əl-Əzdi rəvayət etdi, bizə Muhəmməd b. Suleyman b. əl-İsbahanidən, o da Səid b. Müslim əl-Malikidən, o da Umrət binti Əbdür-Rəhmandan rəvayət edir ki, o dedi: “Əli Bəsrəyə yola düşməmişdən qabaq Rəsulullahın (s) həyat yoldaşı Ümmü Sələmənin yanına gəldi. Ümmü Sələmə dedi: “Get, Allah səni qorusun. And olsun Allaha sən haqq iləsən və haqq da səninlədir. Əgər Allah və onun Rəsulunun (s) yanında günah işləməkdən qorxmasaydım, mən də səninlə gələrdim. Ancaq o (Rəsulullah), bizə evdə oturmağı və heç bir halda evdən çıxmamağı əmr etdi. Bununla belə, mən səninlə oğlum Öməri yollayıram. Mənim gözümdə o məndən daha yaxşıdır və mənə özümdən daha yaxındır.

Hədisdən sonra əl-Hakim ən-Nisaburi deyir:

هذه الأحاديث الثلاثة كلها صحيحة على شرط الشيخين و لم يخرجاه

Bu hədislərin hər üçü əl-Buxari və Müslimin şərtlərinə əsasən səhihdir, lakin onlar təxric etməmişdirlər.

əz-Zəhəbi "ət-Təlxis"də deyir:

على شرط البخاري ومسلم

əl-Buxari və Müslimin şərtlərinə əsasən (səhihdir).

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.129, №4611; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1411 - 1990; təhqiq: Mustafa Əbdül-Qadir Ata (əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə)

Onlayn mənbə 1: islamport, 3/129, №4611

Onlayn mənbə 2: islamport, 4/210, №4611

Onlayn mənbə 3: islamweb, №4669

Onlayn mənbə 4: islamweb, №4669

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.129, №4611; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1422 - 2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata (əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə)

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе