Əhli-sünnə alimi Mahmud əl-Alusinin Yezid və Yezidə lənət barədə sözləri

وقد جزم بكفره وصرح بلعنه وصرح بلعنه جماعة من العلماء منهم الحافظ ناصر السنة ابن الجوزي وسبقه القاضي أبو يعلى وقال العلامة التفتازاني : لا نتوقف في شأنه بل في إيمانه لعنة الله تعالى وعلى أنصاره وأعوانه وممن صرح بلعنه الجلال السيوطي عليه الرحمة

Alimlərdən bir dəstə şəxs qəti şəkildə onun kafirliyinə hökm vermiş və açıqca onun lənətlik olduğunu bildirmişlər. Onlara misal olaraq hafiz, nasirus-sünnə İbn əl-Cəvzini və ondan qabaq Qazi Əbu Yəlanı göstərmək olar. Əllamə ət-Təftəzani isə demişdir:“Biz onun barəsində və imanı barədə heç danışmırıq (yəni, ümumiyyətlə, o imansızdır). Allah-təalanın lənəti olsun ona, ənsarına və yardımçılarına.” Ona açıqca lənət edən şəxslərdən biri də Cəlal əs-Süyutidir, əleyhir-rəhmə.

وأنا أقول: الذي يغلب على ظني أن الخبيث لم يكن مصدقا برسالة النبي صلّى الله عليه وسلّم وأن مجموع ما فعل مع أهل حرم الله تعالى وأهل حرم نبيه عليه الصلاة والسلام وعترته الطيبين الطاهرين في الحياة وبعد الممات وما صدر منه من المخازي ليس بأضعف دلالة على عدم تصديقه من إلقاء ورقة من المصحف الشريف في قذر، ولا أظن أن أمره كان خافيا على أجلة المسلمين إذا ذاك ولكن كانوا مغلوبين مقهورين لم يسعهم إلا الصبر ليقضي الله أمرا كان مفعولا، ولو سلّم أن الخبيث كان مسلما فهو مسلم جمع من الكبائر ما لا يحيط به نطاق البيان، وأنا أذهب إلى جواز لعن مثله على التعيين ولو لم يتصور أن يكون له مثل من الفاسقين، والظاهر أنه لم يتب، واحتمال توبته أضعف من إيمانه، ويلحق به ابن زياد وابن سعد وجماعة فلعنة الله عز وجل عليهم أجمعين، وعلى أنصارهم وأعوانهم وشيعتهم ومن مال إليهم إلى يوم الدين ما دمعت عين على أبي عبد الله الحسين

Və mən deyirəm: Mənim daha çox ehtimal verdiyim şey budur ki, xəbis heç Peyğəmbərin (s) risalətini təsdiq etməyib! Onun Allahın hərəminin və Onun Peyğəmbərinin (s) hərəminin və pak və təmiz itrətinin (sağlıqlarında və öldükdən sonra) başlarına gətirdiyi işlər və ondan sadir olan rüsvayçı əməllər, onun Peyğəmbərin (s) risalətini təsdiqləmədiyinə Qurani-Kərimin vərəqini çirkab yerə atmasından daha az dəlalət etmir. Zənn etmirəm ki, o dövrdə onun məsələsi (imansız, kafir olması) müsəlmanların möhtərəm şəxslərinə gizli qalmışdır. Lakin onlar məğlub və basılmış vəziyyətdə idilər və səbr etməkdən başqa yolları yox idi. Əgər fərzən qəbul edilsə ki, xəbis (Yəzid) müsəlman olub, o zaman o bəyan edilə bilməyəcək qədər böyük günahlar etmiş bir müsəlman olmuşdur. Mənim nəzərim budur ki, onun mislində olan bir şəxsə açıq-aşkar adını deməklə lənət etmək caizdir. Hərçənd ki, fasiqlər içərisində onun kimi birisinin olması təsəvvür edilməsə belə! Zahir budur ki, o tövbə etməmişdir. Onun tövbə etmiş olması ehtimalı, onun imanı olması ehtimalından daha zəifdir (bu insanın imanı sübuta yetməyib, o ki qala tövbəsi sübuta yetə - müt). İbn Ziyad, İbn Səd və bir dəstə şəxs də onun kimidirlər. Allah - əzzə və cəll - onların hamısına, yardımçılarına, köməkçilərinə, tərəfdarlarına və onlara meyl edən hər bir kəsə qiyamət gününədək və gözlər Əba Əbdillah Hüseynə ağladığı müddətcə lənət etsin!

Mahmud əl-Alusi, Ruh əl-məani fi təfsir əl-Quran, c.13, s.227-228; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415; təhqiq: Əli Əbd əl-Bari Atiyyə

Onlayn mənbə 1: http://sh.rewayat2.com/

Onlayn mənbə 2: http://shamela.ws/

 

Fotoşəkil: Mahmud əl-Alusi, Ruh əl-məani fi təfsir əl-Quran, c.26, s.72-73; "İdarə ət-Tibaa əl-Muniriyyə" və "Dar İhya ət-Turas əl-Ərəbi" nəşriyyatları

Əziz oxucular, bu sözlərdə bir neçə məsələyə diqqət yetirin:

1. Mahmud əl-Alusi özündən əlavə bir neçə əhli-sünnə aliminin Yezidin kafirliyi və lənətlik olması barədə fikirlərini qeyd edib.

2. Nəinki Yezidin özü, onun tərəfdarlarına və yardımçılarına da lənət oxuyur.

3. "Gözlər Əba Əbdillah Hüseynə ağladığı müddətcə lənət etsin" deməklə əbədiliyə işarə vurur və İmam Hüseynə (ə) daim göz yaşı tökməyi təsdiqləmiş olur.

В этом разделе